19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Dr. İbrahim Əsədli tərəfindən heç bir ölum halı olmadan koronavirusa yoluxmuş şəxslərin müalicəsi uğurla həyata keçirilir

Öz həyatlarını təhlükəyə ataraq, koronavirusa yoluxan xəstələri müalicə edən edən həkimlərimizdən biri Milli Valeologiya Mərkəzinin Onkopsixoloq, Onkoloq, Valeoloq, Pulmonoloq, Psixoanaltiki Dr. İbrahim Əsədlidir.
İbrahim həkimin kabinetinin qarşısında xəstələr həddindən artıq çox olur. Çünki bu xəstələr təkcə Bakıdan yox, Azərbaycanın hər bölgəsindən gələn xəstələrdir. Onların hamısı yeganə ümüdü İbrahim həkimin təyin etdiyi müalicədə görürlər. Çünki bu insan öz işinin yüksək mütəxəsisi olmaqla, çox mehriban, diqqətcil həkimdir. Onun apardığı müalicə və müayinənin dəqiq olduğu üçün ona müraciət edirlər.
 
Redaksiyamıza ünvanlanan məktublardan birini olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

Hörmətli redaksiya!
Ömrüm  boyu əməksevər, sadə bir insan olmağa çalışmışam. Haqq-ədalətin, düzgünlüyün tərəfdarı olmuşam. Özümü həmişə sağlam hiss etmişəm. Lakin son dönəmlərdə səhhətimdə yaranan narahatlıq üzündən həkimə müraciət edəsi oldum. Qızdırma, öskürək məni çox narahat edirdi. Tədricən tənəffüs çatışmazlığı hiss edirdim. Koranaviruslu xəstəliklərin müalicəsini çox uğurla həyata keçirən və müsbət nəticə əldə edən İbrahim Əsədlinin qəbuluna yollandım.  Qəbulunda olarkən, edilən səmimi – açıq söhbətlər mənim daxilimdə yaşayacağıma ümidimi artırdı. Həkimin mənimlə diqqətlə və səbirlə davranmağı onun insanlığını və xəstələrə olan qayğısından  xəbər verirdi. Onu da deyim ki, hər bir həkim pasientə qarşı belə təmkinli olmur. İbrahim həkimin  təyin etdiyi müalicə əsasında dünyaya qayıtmağım mənə yenidən yaşamaq həvəsini artırdı. Bu gün hal – hazırda ailəmin əhatəsindəyəm. Onların sevinc göz yaşları həkimin sayəsində oldu. O həkimin qızıl əlləri, heç vaxt dərd görməsin. Allah uğurlarını, nailiyyətlərini davamlı etsin. Onun kimi həkimlərə səhiyyəmizin ehtiyacı çoxdur.


Tarix: 28-04-2021, 08:50 Oxunub: 208


Bölməyə aid digər xəbərlər