23:30 / 08-11-2021
Təbrik edirik!
Dövlətlərin hərbi gücü açıqlandı: Azərbaycanın yeri...

Global Firepower” dövlətlərin hərbi gücünə görə yeni reytinqini açıqlayıb.
QanunXəbər.com xəbər verir ki, 140 ölkənin yer aldığı reytinq hərbi güc, maliyələşmə, maddi-texniki imkanlar – ümumilikdə 50 fakt üzrə tərtib edilib.
İlk 5 yeri ABŞ, Rusiya, Çin, Hindistan və Yaponiya tutub.
Qardaş ölkələr Pakistan və Türkiyə ordusu 10 və 11-ci sıradadır. Ölkəmizin tərəfdaşı İsrail isə 20-ci yerdədir.
Ukrayna yeni reytinqdə irəliləyib və 25-ci pilləyə qalxıb.
Azərbaycan 63-cü sırada yer almaqla Cənubi Qafqaz arasında liderliyini təbii ki, davam etdirir.
Azərbaycanın qonşuları – İran 14-cü, Gürcüstan 92-ci yerdə qərarlaşıb. Düşmən Ermənistan isə 100-cüdür.


Tarix: 9-11-2021, 23:22 Oxunub: 276


Bölməyə aid digər xəbərlər