Koronavirus pandemiyasına görə Azərbaycanda keçirilməsi planlaşdırılan daha bir yarış təxirə salınıb.
Oxu.Az xəbər verir ki, söhbət Naxçıvanın ev sahibliyi edəcəyi 16 yaşadək yeniyetmələr arasında (U-16) Ümumdünya Şahmat Olimpiadasından gedir.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qərarına əsasən, həmin Olimpiada bu ilin oktyabrında Naxçıvanda keçirilməli idi. 2-12 oktyabr tarixlərində təşkili planlaşdırılan yarış 2021-ci ildə baş tutacaq. Turnirin dəqiq tarixi barədə daha sonra məlumat veriləcək.
Xatırladaq ki, ötən il Türkiyənin Çorum şəhərində keçirilən U-16 Olimpiadasında Azərbaycan yığması çempionluq sevinci yaşayıb. Milli komanda 16 xal toplamaqla 37 dövlətin təmsilçilərini, o cümlədən Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub. Kollektiv Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub etdiyi halda, yalnız Özbəkistan və Ukrayna ilə heç-heçə edərək, liderliyini sonadək qoruyub.
Qeyd edək ki, Azərbaycanda koronavirus pandemiyası səbəbindən bu Olimpiadadan başqa, Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi “ShamkirChess2020” superturniri də təxirə salınıb.
Bölməyə aid digər xəbərlər
« Yanvar 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |