23:30 / 08-11-2021
Təbrik edirik!
Şuşa əməliyyatı necə baş verdi? - Ovannisyan

Keçmiş müdafiə naziri Seyran Ohanyanın Şuşanın Azərbaycan Ordusu tərəfindən ələ keçirilməsi ilə bir əlaqəsi yoxdur.
QanunXəbər.com xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsrun Ovannisyan deyib.
“Şuşa əməliyyatı ilə bağlı məndə tam məlumat yoxdur, kim rəhbərlik edirdi, kim idarə edirdi, bilmirəm. Amma ilkin məlumatıma görə, Seyran Ohanyanın Şuşanın ələ keçirilməsi ilə bağlı heç bir əlaqəsi yoxdur”, - Ovannisyan iddia edib.
O qeyd edib ki, təfərrüatı istintaq müəyyən edəcək:
“Onu deyim ki, Qarabağa səfərim zamanı onunla danışmışam, o, heç bir rəsmi statusu olmadan problemin mahiyyətini ilk dəqiqədən araşdırıb. Deyəsən, Araik Arutyunyan Ohanyana orduda nəsə təklif edib, təfərrüatdan xəbərim yoxdur, amma Seyran Ohanyan öz peşəkar səviyyəsinə uyğun tövsiyələr verib. Bəzilərinə bizim əsgərlər əməl edib, bəziləri isə təəssüf ki, ya yerinə yetirilmədi və ya alınmadı, yaxud da əməl etmək istəmədilər. Ola bilsin ki, bu, bir çox yerlərdə daha yaxşı olardı”.


Tarix: 9-11-2021, 23:12 Oxunub: 376


Bölməyə aid digər xəbərlər