Son 24 saatda Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3086 yeni yoluxma faktı qeydə alınıb, 781 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 149 765 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 90 278 nəfər müalicə olunaraq sağalıb, 1 675 nəfər vəfat edib, aktiv xəstə sayı 57 812 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 190, ötən müddət ərzində isə ümumilikdə 1 847 191 test aparılıb.
Qeyd edək ki, 06 Dekabr 2020-ci il tarixində isə son gün ərzində 4356 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.
01 Dekabr 2020-ci il tarixində açıqlanmış yoluxma faktı (4426) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.
Bölməyə aid digər xəbərlər
« Aprel 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |