19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Son 24 saatda Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə  39 min 188 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 min 755 nəfər müalicə olunaraq sağalıb,  575 nəfər vəfat edib, aktiv xəstə sayı 1858 nəfərdir.
Ölkədə son sutka ərzində 6 min 886, hazırkı dövrədək isə 1 milyon 54 min 792 test aparılıb.
Xatırladaq ki, 19 Sentyabrda 148 yoluxma faktı qeydə alındığı açıqlanmışdı. 


Tarix: 21-09-2020, 00:06 Oxunub: 107


Bölməyə aid digər xəbərlər