19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Son 24 saatda Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 38 min 403 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35 min 860 nəfər müalicə olunaraq sağalıb, 564 nəfər vəfat edib, aktiv xəstə sayı 1979 nəfərdir.
Ölkədə son sutka ərzində 3630, hazırkı dövrədək isə 1 milyon 13 min 108 test aparılıb.
Xatırladaq ki, 13 Sentyabrda 155 yoluxma faktı qeydə alındığı açıqlanmışdı. 
 


Tarix: 15-09-2020, 23:54 Oxunub: 105


Bölməyə aid digər xəbərlər