19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Qubada 14 küçəyə şəhidlərimizin adları verildi

Quba şəhərində yeni abadlaşdırılan küçələrə Vətən yolunda şəhid olan 14 qəhrəmanın adları verilib.
QanunXəbər.com xəbər verir ki, rayon mərkəzində abadlaşdırılan 32-33-cü məhəllə yaşayış massivində küçələrdən birinə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun, digərlərinə isə Vətən Müharibəsində şəhid olan qubalı hərbçilərdən Mehrab Niftəliyev, Şahin Allahyarov (Vətən Müharibəsi Qəhrəmanı), Səddər Piriyev, Samir Süleymanov, Rəvan Əliyev, Murad Həbibov, İsmət Əliyev, Surxay Mehdiyev, Bəşir Abasov, Tamerlan Əliyev, Əli İbrahimov, Musa Məhəmmədov və Çingiz Mustafayevin adları verilib. Artıq küçələrə adların yazıldığı lövhələr də vurulub.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev də iştirak edib. Şəhidlərin valideynləri və yaxınları ilə həmsöhbət olub, şəhid və qazilərimizin daim diqqət mərkəzində olduğunu, dövlətin bu istiqamətdə işlərinin daimi olacağını bildirib.
Adları küçələrə verilən şəhidlərin valideynləri və yaxınları onlar üçün belə əlamətdar gündə respublika və rayon rəhbərliyinin yanlarında olmalarından məmnunluqlarını bildiriblər.
Qeyd edək ki, hazırda yaşayış massivində 22 küçə mövcuddur, küçələrin ümumi uzunluğu 16 kilometrdən çoxdur.


Tarix: 13-01-2021, 21:26 Oxunub: 55


Bölməyə aid digər xəbərlər
26-07-2020, 09:37 Polad Generalımız - VİDEO