19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
AQTA 72 obyektdə qayda pozuntuları aşkarladı - SİYAHI

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Qurumdan "verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən 25 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 37 ictimai iaşə obyekti, 156 ərzaq satışı mağazası olmaqla ümumilikdə 193 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 72-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır:
Bakı şəhəri üzrə:
“Qold”, “Yaşar”, “24 saat”, “Pirəsura”, “Nur”, “Ata bala”, “Halal” marketlər, Seyidov Rəşad Rövşən oğluna, Quliyev Rəhman Surxay oğluna, Qasımov Tamerlan Süleyman oğluna məxsus ərzaq mağazaları.
Digər şəhər və rayonlar üzrə:
- Şabran rayonunda İsmayılova Zöhrə Əmirağa qızına, Şahkərəmova Məlahət Hüseyağa qızına, Cavadov Ramiz Abbasxan oğluna, Həsənov Nizami Həsən oğluna məxsus kafelər;
- Göyçay rayonunda “Mansard”, “VİP club” kafelər, Həsənov Anar İntizam oğluna, Əsgərov Elçin Elşad oğluna, Məhərrəmov Natiq Aydın oğluna, İsbatov Məhəmməd Qorxmaz oğluna məxsus kafelər, Vəliyev Fazil Tahir oğluna, Abışov Fərid Asif oğluna, Adıgözəlov Şahin İsrayil oğluna, Vəlixanov Azad Feyzulla oğluna məxsus ət satışı mağazaları;
- Ağsu rayonunda Lətifov Miri Lətif oğluna məxsus kafe;
- Şamaxı rayonunda “Anar”, “Şamaxı”, “Savalan”, “Sərin sahil”, “Bənövşə” restoranları, “Qaya”, “Göylər” kafelər, “Novruz” və “Cənnət məkan” yeməkxanaları;
- Neftçala rayonunda Əsədov Şahin Habil oğluna məxsus market, Məmmədov Rauf Nazim oğluna məxsus kafe;
- Salyan rayonunda Nəcəfov Yolçu Qurban oğluna məxsus ərzaq mağazası;
- Şirvan şəhərində Mütəllimov Əsgər Əsgər oğluna məxsus kafe, Əliyev Xəyal Atabala oğluna və Ağayev Elşən Zülfi oğluna məxsus marketlər;
- Sabirabad rayonunda Həşimov Mirasim Mirvəli oğluna məxsus ərzaq mağazası;
- Mingəçevir şəhərində “Ömər”, “Yusif”, “Fərhad” marketlər, Qasımov Azər Şahid oğluna, Məlikov Nizami Feruz oğluna, Əliyeva Xatirə Muxan qızına, Mürşüdova Sevinc Əşrəf qızına, Fərruxov Ramin İdris oğluna məxsus ərzaq mağazaları;
- Lənkəran şəhərində Axundov İlqar Əlişirvan oğluna, Abbasov Seymur Mehman oğluna, Əbilov İslam Ağakişi oğluna, Kazımov Malik Abbas oğluna məxsus ət satışı mağazaları, “Araz” və “Nicat” kafelər;
- Gəncə şəhərində “Davud”, “Ozan”, “Füruzə”, “Xanımın dükkanı” marketlər;
- Tovuz rayonunda “Bahar”, “Su səsi”, “Anar” kafelər, “Sədaqət”, “Tayfun”, “Yaşıl” və “Yaşar” marketlər;
- Gədəbəy rayonunda “Dönər evi”, “Şəhzadə”, “Qaya” kafelər, “Dadaş”, “Gədəbəy”, “Saratovka” ərzaq mağazaları.


Tarix: 26-07-2020, 13:25 Oxunub: 133


Bölməyə aid digər xəbərlər