20-ci əsrin əvvəllərində Osmanlı imperiyasının əhalisindən biri idik. Bizim nə vətənimiz var idi, nə dövlətimiz, nə də dövlətçiliyimiz.
QanunXəbər.com xəbər verir ki, bu sözləri Vahid Ermənistan Partiyasının rəhbəri Artur Kazinyanın “Oğru evdən olmasaydı” adlı məqaləsində yazıb.
Partiya sədri dolayısı ilə etiraf edib ki, saxta tarixlə yaşayan ermənilər həmin dövrdə kütləvi şəkildə tarixi Azərbaycan torpaqlarına axın ediblər:
“Sonra bir vətənimiz, kiçik torpağımız oldu. Müharibələrdən sonra (Birinci Dünya müharibəsi nəzərdə tutulur - red.) rahat nəfəs aldıq və qızıl bir dövrdə yaşadıq. Qurduq, yaratdıq, təhsil aldıq və 80-ci illərin sonlarında isə vətəni azad dövlət etmək arzusu olan bir millət olduq”, - deyə o bildirib.
Kazinyan, həmçinin Birinci Qarabağ müharibəsi haqqında danışaraq həmin döyüşdə qalib gəldiklərini söyləyib və İkinci Qarabağ savaşından da bəhs edib:
“Düşmən məğlubiyyətini qəbul etmədi, yaralarını sağaldaraq bizi qovdu. O bizi bölmək, bir-birimizə düşmən etmək üçün fürsət axtarırdı. Və o fürsəti tapdı...”
“Bir-birimizə nifrət etməyə, ailədə və dostlarımızda düşmən axtarmağa məcbur olduq. Düşmən bizə ağrılı və vacib məqamda zərbə endirdi. Hansı ki, biz bir millət olmağı dayandırmışdıq, bütün gələcəyimizi itirmişdik, azmışdıq, yaddaşsız kütləyə çevrilmişdik. Bir-birimizi qovmağa, söyüb təhqir etməyə, qarğımağa hazır idik. Bizim əlimizdən qələbəmizi, bayramımızı, qürurumuzu, tariximizi aldılar”, - deyə Kazinyan məqaləsində vurğulayıb.
Bölməyə aid digər xəbərlər