19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Ermənistan MN Qubadlının azad olunmasını təsdiqlədi

Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatları və işğalda olan ərazilərini bir-bir azad etməsini heç vaxt təsdiqləməyən Ermənistan MN bu dəfə “ənənəsinə” xilas çıxıb.
QanunXəbər.com xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan bu gün verdiyi açıqlamada Azərbaycan Ordusunun Qubadlı şəhərini azad etdiyini təsdiqləyib.
Hər zaman geri çəkilmələrini “artıq itki verməmək”, “daha uğurlu mövqe üçün” sözləri ilə “əsaslandırmağa” çalışan və “hansısa mövqelərdən geri çəkildik” deyə, heç vaxt konkret ad çəkməyən Ovannisyanın bu dəfə Qubadlının azad edilməsini təsdiqləməsi diqqətdən yayınmır.
Belə görünür ki, artıq ağır məğlubiyyəti xalqdan gizlətməyin mümkün olmadığını anlayan düşmən bundan sonra bəzi etirafları edəcək.


Tarix: 27-10-2020, 01:08 Oxunub: 80


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı