"Bu gün Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq bizim qarşımızda diz çöküb, onları diz çökdürmüşük, onlara layiq olan yeri göstərmişik. Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq. Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü".
QanunXəbər.com xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri xalqa növbəti müraciətində səsləndirib.
Otuz il ərzində Ermənistan rəhbərliyinin öz dırnaqarası güclü ordusu haqqında uydurmalar ortaya atdığını, miflər yaradığını qeyd edən dövlət başçısı deyib: "Haradadır bu "yenilməz Ermənistan ordusu"?. Görün, baxın, necə qaçır bizim qabağımızdan. Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq".
Bölməyə aid digər xəbərlər