Salam Əsgər əmim. Mənim adım İncidir. Mən Mikayıl Müşfüq adına 18 nömrəli tam orta məktəbin dördüncü sinif şagirdiyəm. Sizə məktub yazmaqda məqsədim odur ki, günün bütün saatlarını sizi düşünürəm. Mən gecələr isti yatağımda rahat yatam deyə, siz səngərdə bizi qoruyursunuz. Mən hər gecə yatmadan öncə sizə dua edirəm. Allahıma dua edirəm ki, sizi qorusun. Allah sizi qorusun. Amin! Əsgər əmim biz sizə inanırıq. Sizə güvənirik. Bilirik ki, bizim torpağımızı pis düşmənlərdən azad edəcəksiniz. Əmim yemək yeyəndə sizi düşünürəm. Deyirəm ki, kaş yaxın olsaydım sizə çoxlu yeməklər gətirərdim. Evdə nə varsa: Konfet, mürəbbə, sok, bir sözlə bütün yeməkləri göndərərdim.
Əmim sözüm çoxdu sizə yazası. Bil ki, təkcə mən yox bütün Azərbaycan sizi düşünür. Bizi sənə, sənidə Allaha əmanət edirəm.
Hörmətlə İnci Həsənova
Bölməyə aid digər xəbərlər