19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Türkiyədə insanlar üçün olduqca təhlükəli həşəratlar aşkarlandı

İstanbulun bir neçə böyük rayonunda əvvəllər Türkiyədə rast gəlinməmiş çox təhlükəli Asiya pələng ağcaqanadları aşkarlanıb.

QanunXəbər.com  xəbər verir ki, bu barədə “Haberturk” məlumat verib.

Həşəratların bu növünün təhlükəsi ondan ibarətdir ki, onlar son dərəcə təhlükəli xəstəliklərin daşıyıcılarıdır və ehtimal ki, yeni şəraitə asan uyğunlaşmaq qabiliyyətinə malikdirlər. İstanbul Universitetinin dosenti Kərəm Öterin sözlərinə görə, bu ağcaqanadlar yalnız gecə deyil, bütün gün ərzində hücum edirlər və açıq havada olan insanlar üçün təhlükəlidirlər.

"Onlar digər ağcaqanadlardan daha çox aqressivdirlər və Zika virusu, sarı titrətmə kimi xəstəlikləri daşıya bilərlər", - o deyib.

Kərəm Öter əlavə edib ki, Ankarada ən çox bu həşəratlar aşkarlanıb.

Asiya pələng ağcaqanadlarının sancmaları uzunsürən qaşınma və dəri qızartısı kimi yüksək allergik reaksiyaya səbəb olur.


Tarix: 24-09-2020, 08:09 Oxunub: 97


Bölməyə aid digər xəbərlər