23:30 / 08-11-2021
Təbrik edirik!
Biz də redaksiya heyətimiz adından Əlmirzə müəllimə çətin və şərəfli işlərində uğurlar arzulayırıq

Zaman keçdikcə, xalqın  həyat və təfəkkürü dəyişdikcə, inkişaf etdikcə təhsildə dəyişir, inkişaf edir. Təbii ki, hər bir millət öz istiqlaliyyət və  azadlığını saxlamaq uğrunda mübarizə apararkən həm də təhsil və mədəniyyətini qoruyub saxlayır.
  Bu gün təhsil, məktəb və tərbiyə yalnız mədəni cəhətdən deyil, həm də siyasi həyat, təsərrüfat üçün də böyük əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, bu və ya başqa bir xalqın, millətin mədəni inkişafı onun elm, maarif və texniki səviyyəsi ilə təyin edilir.
  Böyük maarifpərvər H.B.Zərdabi yazırdı. “O xalq həmişə tərəqqi edər ki, məktəb və maarifin inkişafına ciddi fikir versin”. Bu fikir tarixin bütün dövrləri üçün aktualdır, əhəmiyyətlidir.
  Müstəqil dövlətimizin təhsili də daim inkişaf edir, yenilənir. Təhsil sahəsində aparılan islahatlar, qabaqcıl texnologiyaların tətbiqi Azərbaycan təhsilini yeni səviyyəyə qaldırmışdır. Ağsu rayonunda da təhsil uğurla inkişaf edir.. Rayon Təhsil Şöbəsinin müdiri Əlmirzə Məmmədov  böyük təcrübəyə malik, qabaqcıl müəllimlərdəndir. Ağsu təhsilində uğurlar çoxdur, məktəblərin bir çox məzunları respublikamızın və əcnəbi ölkələrin ali məktəblərində təhsil alırlar. Əlmirzə müəllim deyir: “Müəllim etikasına əməl etməyənlər bu sənətin ucalığını dərk edə bilməzlər. Yaxşı müəllim olmadan, bu sənətin sirrlərinə yiyələnmədən kollektivdə nüfuz qazana bilməzsən. Bunsuz yaxşı təhsil görmüş şagirdlər yetişdirmək olmaz”.
Ağsu rayon Təhsil Şöbəsinin müdiri Əlmirzə Məmmədovun  Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
 Əlmirzə Məmmədovun rəhbərlik etdiyi Ağsu rayon Təhsil şöbəsində daim müəllimlərin və şagirdlərin qayğısına qalmasında hər zaman ədalət pirinsipinə sadiq qalaraq bir pioritet kimi əsas şüarı olmuşdu . Təhsildə yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılmasında Əlmirzə müəllimin  böyük zəhməti vardır. Çünki Əlmirzə Məmmədov 2006-cı ildən 2021-ci ilin oktyabr ayına kimi Ağsu Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışmışdır. Ağsu təhsilinin inkişafında Əlmirzə müəllimin böyük rolu olmuşdur.
2021-ci il oktyabr ayının 5-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılıq məktubuna əsasən Ağsu Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Ağsu Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
Biz də redaksiya heyətimiz adından Əlmirzə müəllimə 
çətin və şərəfli işlərində uğurlar arzulayırıq.


Tarix: 17-10-2021, 15:16 Oxunub: 499


Bölməyə aid digər xəbərlər