19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Çaxmaqlı: İrəvana bu cür qayıdacağıq - Video

Biz İrəvan Türk Respublikası olaraq inanırıq ki, tarixi torpaqlarımız olan İrəvan, Göyçə və Zəngəzura qayıdacağıq. Ölkə başçısının dediyi kimi, biz oraya tankla, topla, tüfənglə deyil, hüquqi yollarla geri dönəcəyik. Bu gün bizim bütün mübarizəmiz hüquqi müstəvidədir. İnanırıq ki, Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıdacaq.
Bu sözləri  açıqlamasında Türkiyənin Ərciyəz Universitetinin professoru, İrəvan Türk Respublikasının təsisçisi Qafar Çaxmaqlı deyib.
Q.Çaxmaqlı bildirib ki, Prezidentin İrəvan, Göyçə və Zəngəzuru tarixi Azərbaycan torpaqları adlandırması qürurverici bir hadisədir:
“Prezident ilk dəfə deyil ki, İrəvan, Göyçə və Zəngəzuru Azərbaycanın tarixi torpaqları adlandırır. Bundan öncə də ölkə başçısı bu istiqamətdə öz fikirlərini bölüşüb. Məsələyə tarixi aspektdən yanaşsaq, bunun gerçək olduğunu görürük.
Ermənilər Cənubi Qafqaza məqsədli şəkildə köçürülüb. Sonraki dövrlərdə burada onlara imtiyazlar, təmənnasız torpaqlar, yaşayış imkanları təmin edilib. Yəni Ermənistan süni şəkildə Cənubi Qafqazda yaradılan bir dövlətdir.
Ölkə başçısı əslində real tarixi və bu tarixin yaratdığı acı həqiqəti dilə gətirdi. Bəli, Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Tarixi Göyçə gölümüzü Sevan gölü adlandırırlar.
20-ci əsrin əvvəllərindəki xəritəyə baxdıqda Cənubi Qafqazda erməni vilayəti, erməni dövləti, erməni qəsəbəsi, yəni erməni yaşayış məskəni görə bilməzsiniz.
Yeri gəlmişkən, Prezidentin dediyi kimi, heç bir dövrün xəritələrində Sevan gölü adlanan bir göl də görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. Təəssüf ki, bu gün erməni vəhşiliyindən ən çox zərər çəkən taixi torpağımız məhz İrəvandır. Ermənilər əgər Qarabağda Ağdam, Füzuli, Cəbrayıl və digər şəhər rayonlarımızı büsbütün dağıdıbsa, İrəvanın tarixini məhv edib. Bu şəhər bu gün öz tarixi simasını itirib. Lakin tarixi gerçəkliklər heç bir halda dəyişdirilə bilməz.
Bu gün Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına dönmə haqları var. Bildiyiniz kimi, 5 milyona yaxın Qərbi azərbaycanlı əhali bu gün dünyanın müxtəlif ölkələrinə yayılıb. Bu insanların faktiki olaraq hüquqları pozulub. Prezidentin çıxışı bizləri də ruhlandırır. İrəvan Türk Respublikası olaraq bundan sonra da haqlı işimizi davam etdirəcəyik”.


Tarix: 14-04-2021, 16:26 Oxunub: 124


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı