23:30 / 08-11-2021
Təbrik edirik!
Dr.Azər Hümmətov-Təcrübəli cərrah-endokrinoloq

Uzun illər uğurlu fəaliyyəti ilə hörmət sahibi olan ATU Tədris Cərrahiyyə Klinikasının CƏRRAH -endokrinoloqu, Tibb üzrə fəlsəfə Doktoru Dr.Azər Hümmətov haqqındadır şərhimiz. Redaksiyamıza daxi olan məktubların birində Azər həkim haqqında yazılmış xoş sözlər diqqətimi çəkdi. Məktubda onun xəstələrə göstərdiyi qayğıdan, mədəni davranışından, insanpərvərliyi və peşəkarlığından söhbət açılırdı.
-Azər həkim ilk növbədə zəngin mənəviyyatlı bir insandır. Həkim üçün bu xüsusiyyət bəlkə də aldığı elmlərdən də ümdə bir məsələdir. Bəli, həkimin müsbət nəticələr əldə edərək, ləyaqətlə tanınmasında onun yüksək mənəvi dəyərlərə mənsub olmasının rolu əvəzsizdir. -Mən də öz anamı Azər həkimin qəbuluna apardım. Anamın boğazında çox düyünlü zob var idi. Həkim müayinə edərək : -Narahat olmayın. Bir qədər səbir sizdən, gözəl nəticə məndən deyərək fəaliyyətə başladı. Hansı əməliyyatın həyata keçirildiyi ilə bağlı məlumatları bu yazıya qeyd etməklə oxucunu yormaq niyyətində deyiləm. Lakin onu deməyi özümə borc bilirəm ki, nəticə ailəmizin ürəyincə oldu. Azər həkimin peşəkar cərrah olduğu onun qəbulunda daima pasiyent axını olduğu ilə təsdiqlənir və ona müraciət edənlərin sayı daima artmaq üzrədir. Onun əlində olan şəfa, insanlara qarşı hörmət və qayğısı həkimin ilk növbədə əsil bir insan olmasının bariz nümunəsidir. Yaşından və tutduğu məqamlardan asılı olmayaraq, Azər həkimin qəbulunda olan şəxs kabinədən çıxarkən: -Sağ ol həkim, var olsun şəfalı əllərin deyərək, minnətdar olduğunu bildirir.
Həkimin sadəliyi, qayğıkeşliyi bütün insanlara olan xoş münasibəti bizi çox sevindirir.O, insanların sosial durumundan asılı olmayaraq hamıya eyni münasibət bəsləyir və hamıya eyni qayğıkeşliyi göstərir. İnsanlardan öz xeyirxahlığını əsirgəmir. 
Biz də KİV rəhbəri olaraq Azər Hümmətova peşə fəaliyyətində uğurlar arzulayırıq.


Tarix: 19-10-2021, 18:29 Oxunub: 163


Bölməyə aid digər xəbərlər