Hər bir klinikanın uğurlu olması üçün bir neçə əsas amil mühüm rol oynayır. Bunlardan biri həkimlərin peşəkarlığı, diğəri isə istifadə olunan avadanlıq və texnologiyalardır. UltraMed Tibb Mərkəzində məhz bu iki amilin birləşməsinin nəticəsidir ki, bu klinika, Azərbaycanda ən yaxşı klinika sayıla bilər.
Mən bu klinikanın əhaliyə göstərdiyi yüksək səviyyəli xidmətin canlı şahidiyəm. Rahat və yaraşıqlı klinikaya daxil olan kimi buraya nə üçün gəldiyini sanki, yaddan çıxarırsan. Sirr deyil ki, həkim-stomatoloqun yanına gələndə adətən bir balaca qorxu hissi keçirirsən. Lakin bunu UltraMed Tibb Mərkəzinə aid etmək olmaz. Çünki, UltraMed Tibb Mərkəzinin Stomatologiya şöbəsində öz işinin peşəkarı, təcrübəli Dr.Aqil Nəzərov bu cür qorxu hisslərini tamamilə unutdurur.
Redaksiyamıza daxi olan məktubların birində Aqil həkim haqqında yazılmış xoş sözlər diqqətimi çəkdi. Məktubda onun xəstələrə göstərdiyi qayğıdan, mədəni davranışından, insanpərvərliyi və peşəkarlığından söhbət açılırdı. Aqil həkim ilk növbədə zəngin mənəviyyatlı bir insandır. Həkim üçün bu xüsusiyyət bəlkə də aldığı elmlərdən də ümdə bir məsələdir. Bəli, həkimin müsbət nəticələr əldə edərək, ləyaqətlə tanınmasında onun yüksək mənəvi dəyərlərə mənsub olmasının rolu əvəzsizdir.
Hörmətli redaksiya:
Tez bir zamanda gülüşümdə olan bütün komplekslərdən azad oldum. Aqil həkimin düzəltdiyi zirkon dişlər öz dişlərimdən fərqlənmir. Həkimin sadəliyi, qayğıkeşliyi bütün insanlara olan xoş münasibəti bizi çox sevindirir. O, insanların sosial durumundan asılı olmayaraq hamıya eyni münasibət bəsləyir və hamıya eyni qayğıkeşliyi göstərir. İnsanlardan öz xeyirxahlığını əsirgəmir.Ömrüm boyu ona minnətdaram.
Zamanında keçilmiş müayinə və düzgün həkim diaqnozu sizi gələcəkdə narahat edən hər hansı bir diş ağrısından, ağız boşluğunuzdakı fəsadlardan tam xilas edəcəkdir. Vaxt itirmədən Aqil doktorun qəbuluna yazıla bilərsiniz.
Bölməyə aid digər xəbərlər