19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Dr. Fərman Həsənov diqqətinizə görə sizə təşəkkür edirəm!

Uzun illər uğurlu fəaliyyəti ilə hörmət sahibi olan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Agız və üz-Cənə cərrahı,Tibb Elmləri Üzrə Fəlsəfə Doktoru Dr.Fərman Həsənov haqqındadır şərhimiz. Redaksiyamıza daxi olan məktubların birində Fərman həkim haqqında yazılmış xoş sözlər diqqətimi çəkdi. Məktubda onun xəstələrə göstərdiyi qayğıdan, mədəni davranışından, insanpərvərliyi və peşəkarlığından söhbət açılırdı.
-Fərman həkim ilk növbədə zəngin mənəviyyatlı bir insandır. Həkim üçün bu xüsusiyyət bəlkə də aldığı elmlərdən də ümdə bir məsələdir. Bəli, həkimin müsbət nəticələr əldə edərək, ləyaqətlə tanınmasında onun yüksək mənəvi dəyərlərə mənsub olmasının rolu əvəzsizdir. -Mən də öz qardaşımı Fərman həkimin qəbuluna aparanda üz-çənə nahiyəsi çox eybəcər idi və onun xarici görkəminə sözsüz ki, xələl gətirirdi. Həkim müayinə edərək : -Narahat olmayın. Bir qədər səbir sizdən, gözəl sima məndən deyərək fəaliyyətə başladı. Hansı əməliyyatın həyata keçirildiyi ilə bağlı məlumatları bu yazıya qeyd etməklə oxucunu yormaq niyyətində deyiləm. Lakin onu deməyi özümə borc bilirəm ki, nəticə ailəmizin ürəyincə oldu. Həkim Fərman Həsənov peşəkar üz-çənə cərrahı olduğu onun qəbulunda daima pasiyent axını olduğu ilə təsdiqlənir və ona müraciət edənlərin sayı daima artmaq üzrədir. Onun əlində olan şəfa, insanlara qarşı hörmət və qayğısı həkimin ilk növbədə əsil bir insan olmasının bariz nümunəsidir. Yaşından və tutduğu məqamlardan asılı olmayaraq, Fərman həkimin qəbulunda olan şəxs kabinədən çıxarkən: -Sağ ol həkim, var olsun şəfalı əllərin deyərək, minnətdar olduğunu bildirir.
-Biz KİV nümayəndəsi olaraq, sorğu apardığımız zaman bir orta yaşlı qadın bizə yaxınlaşıb dedi: -Xahiş edirəm söylədiklərimizi qeyd edəsiniz. Adım Gülnarədir. Üz-çənə nahiyəmdə yumşaq və sərt toxumalarının travmatik zədələnmələri məni çoxnarahat edirdi.  Ətrafdakılar çox desə də, mən az eşidirdim və həkimə getməyə tərəddüd edirdim. Nəhayət rəfiqəm məni üz-çənə cərrahı Dr Fərman Həsənovun qəbuluna gətirdi. Mən nəticədən çox razı qaldım. Həkimin sadəliyi,nqayğıkeşliyi bütün insanlara olan xoş münasibəti bizi çox sevindirir.O, insanların sosial durumundan asılı olmayaraq hamıya eyni münasibət bəsləyir və hamıya eyni qayğıkeşliyi göstərir. İnsanlardan öz xeyirxahlığını əsirgəmir.  Ömrüm boyu çəkdiyi zəhmətə görə Fərman həkimə minnətdaram.
-Dr. Fərman Həsənov gözəl insan,profeesional həkim! Sizə öz ailəmizin adından dərin təşəkkürümüzü bildirmək istəyirəm! Sizin mükkəmməl işləriniz sayənizdə bizlərə sağlam həyat bəxş etdiniz. 






Tarix: 10-11-2020, 11:10 Oxunub: 331


Bölməyə aid digər xəbərlər