23:30 / 08-11-2021
Təbrik edirik!
Dr. Zaur Aslanov - hesab edirəm, pasiyentlərin etimadını qazanmaqda birinci göstərici - həkimin səmimiyyəti və peşəkarlığı olmalıdır

Son vaxtlar Azərbaycan səhiyyəsində peşəkar həkimlərin sayı günbəgün artmaqdadır. Baku Medical Plaza Klinikasında (Mərkəz filialı) peşəkar mütəxəssislərin olması adı hər kəsə bəlli olan həkim-neyrocərrah vəzifəsində çalışan Uzm.Dr.Zaur Aslanovun  iş fəaliyyəti haqda, həmçinin bu şəxsin insanlara göstərdiyi nümunəvi xidməti haqda lazımi məlumatları əldə etməyimizə imkan verdi.
Baku Medical Plaza (Mərkəz filialı)  Azərbaycan səhiyyəsinin inkişafına dəyərli töhfələrini bəxş etməklə bərabər, həm şərəfli həkim adını uca tutur, həm də hər kəsin səhiyyəmizə olan inamının artmasında mühüm rol oynayır. Ümumiyyətlə, Zaur həkimin zəngin iş təcrübəsi, bacarığı, dərin elmi biliyə malik olması, hər kəsə qarşı xoş, səmimi, yüksək insani münasibət bəsləməsi və s. kimi halların varlığı, həkim nüfuzunu artıran əsas amillərdir.
 QanunXəbər.com xəbər portalına bəzən təşrif buyuran, bəzən də daxil olan məktublar içərisində Zaur Aslanova edilən minnətdarlıqların sayı – hesabı yoxdur. Biz jurnalistlərin ümdə borcudur ki, redaksiyamıza daxil olan minnətdarlıqları oxucu kütləsinə çatdıraq. 
Mən də bütün gənclər kimi sağlam yaşamaq istəyirəm. Təəssüf ki, məndə Beyindaxili kistalar var idi. Mən bu xəstəlikdən əziyyət çəkirdim. Qapı döymədiyim xəstəxana və həkim qalmadı, heç bir həkim dərdimə əlac tapa bilmədi. Artıq əlimi həyatdan üzsəm də, ümidimi Allaha bağlamışdım. Təsadüfən bizə dedilər ki, Baku Medikal (Mərkəz filialında) Zaur Aslanov adlı  ixtisaslı neyrocərrah həkimi var, o bir mütəxəssis kimi öz ixtisasını mükəmməl bilir, hətta bir çox ölkələrdən həkimin yanına xəstələr gəlir. Çox təcrübəli həkimdir.
Bu sətirlər Zaur həkimin müalicəsindən şəfa tapan Bakı sakini Elçin Müslümovun  yazdığı minnətdarlıq məktubundandır. “Düzü, mən sağalacağıma ümidimi itirmişdim. Məni həmin həkimin yanına apardılar. Zaur həkim bizi çox səmimi və mehribancasına qarşıladı. Məni müayinədən keçirdikdən sonra dedi ki, səndə qorxulu bir şey yoxdur, əməliyyat  edəcəyik, xəstəlikdən qurtulacaqsan.. Artıq həyəcanlı anlar arxada qalıb.
Hörmətli redaksiya heyəti! Sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan Zaur Aslanova  mənim və mənim kimi yüzlərlə insanların adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm.

Baku Medikal Plaza Mərkəz filialının həkim-neyrocərrahı Dr.Zaur Aslanov Müstəqil Azad Azərbaycanın banisi, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin layiqli siyasi kursunun davamçısı Müzəffər Ali Baş Komandan, dövlət başçısı İlham Əliyev cənablarına öz əməlləri və xeyirxah işləri ilə həmişə dəstək olub. 44 günlük haqq savaşında Zaur həkim özünün vətənpərvərlik amalı ilə vətəndaşlarımıza dəstəyini əsirgəmədi.
Bizdə redaksiyamız adından Dr.Aslanova gələcək işlərində uğurlar diləyirik.
 

 


Tarix: 13-09-2021, 22:06 Oxunub: 145


Bölməyə aid digər xəbərlər