19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Dr. Zaur Aslanov Müzəffər Azərbaycan Ordusu zəfər çaldı.

44 gün davam edən Vətən müharibəsi zəfərlə başa çatıb. Azərbaycan qalibdir. Çünki Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusunun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilər”. Bu fikirləri saytımıza açıqlamasında Baku Medical Plaza Klinikasının həkim -neyrocərrahı Dr. Zaur Aslanov deyib.

A
zərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.
Silahlı Qüvvələrimizdən söz düşmüşkən, bir məqamı xüsusi vurğulamaq istərdik. Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.
Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu fakti­ki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanın­da əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. 

 Zəfər bayrağını Qarabağda qaldıran İlham Əliyev deyir: "Bu 44 gün ərzində demək olar ki, müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar, siqnallar göndərilirdi. Mən demişdim ki, heç kim bizim qabağımızda dura bilməz, sona qədər gedəcəyik”. Bəli, ilk gündən dövlət başçısı vurğulayırdı ki, bizim yolumuz haqq yoludur. Prezidentdən müsahibə götürən hər jurnalistə, hər nümayəndəyə təkrar-təkrar çatdırırdı ki, Azərbaycan öz ərazilərində ədalətin bərpası üçün vuruşur və bizi bundan heç kim döndərə bilməz. Şuşaya çəkilən yol məhz həmin Yoldur - heç bir qara qüvvənin mane ola bilmədiyi, heç bir hədədən çəkinmədən sona qədər davam edən müqəddəs Haqq yolu. Məhz bu yolun verdiyi güc, qüdrət Azərbaycan xalqına zəfər çalmaqda, müqəddəs torpağına qayıtmağa imkan verdi. Ali Baş Komandanın dediyi kimi: "Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Uzm. Dr. Zaur Aslanov
Baku Medical Plaza Klinikasının həkim- Neyrocərrahı 


Tarix: 27-12-2020, 21:43 Oxunub: 195


Bölməyə aid digər xəbərlər