23:30 / 08-11-2021
Təbrik edirik!
Dr.Nərgiz İmanova həmişə öz peşənizin və insanlığın zirvəsində görək sizi!

Nərgiz həkim ondan şəfa gözləyən yüzlərlə xəstə üçün, bütünlükdə Azərbaycan səhiyyəsi üçün əvəzsiz bir insandır.  O, bir həkim kimi hər zaman Hippokratdan da çox daha müqəddəs bir anda - uca Tanrı andına sədaqətli bir həkimdir. Nərgiz həkim daim səcdə qıldığı uca Tanrıya əsl müsəlman sadiqliyi ilə ona pənah gətirənləri öz yaxın adamları, Allahın əziz bəndələri kimi qəbul edərək, bütün istedadı, bacarığı, insansevər, qayğıkeş qəlbi və səmimiyyəti ilə onların şəfa tapmasına çalışır. Yüzlərlə, minlərlə xəstənin!..
 30 ildən artıq davam edən çoxillik və səmərəli həkimlik fəaliyyəti dövründə öz gərgin əməyi, zəngin bilik və təcrübəsi ilə minlərlə əlacsız xəstəyə şəfa vermiş, yüzlərlə xəstəni yenidən həyata qaytarmış Nərgiz həkim M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində cərah-proktoloq vəzifəsində çalışır. Şərəfli həkim peşəsinə yiyələnən Nərgiz həkim bu sənətinin müqəddəsliyini qoruyub saxlayır.  Pasientlərə şəfa bəxş edən bu insan savadlı və bacarıqlı həkim olmaqla yanaşı, həm də çox qayğıkeş bir insandır.
 Nərgiz həkim bəlkə də fərqinə varmır ki, hər gün səhər-axşam Azərbaycanın neçə-neçə kəndində-şəhərində yüzlərlə ailədə onun adına xeyir-dua səsləndirilir onu ulu Tanrının qüdrətiylə bu dünyaya bəxş etmiş valideynlərinə minnətdarlıq edilir. Bu, onun xoşbəxtliyi deyilmi, əziz oxucu?! Xoşbəxtsən, Nərgiz həkim! Ağ xalat sizə çox gözəl yaraşır, ay həkim. Xalqın qəlbində əbədi məskən salmaq hər ağ xalat geymiş həkimə müəssər olan xoşbəxtlik deyil! Həmişə öz peşənizin və insanlığın zirvəsində görək sizi! 


Tarix: 6-09-2021, 22:51 Oxunub: 141


Bölməyə aid digər xəbərlər