19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Dr. Nigar Elşad qızı -Həkimə inam hissi olmadıqda xəstənin müalicəsi də bəzən səmərəsiz olur

Hər bir insan haqqında söz demək, söhbət açmaq, əlinə qələm alıb kiminsə haqqında nəsə yazmaq istəyənlər özündə məsuliyyət hiss etməlidir. Öz ömrünü xalqına həsr edən,insanların sağlam həyat sürməsi naminə öz əməyini əsirgəməyən şəfalı əllərə sahib olan həkim haqqında yazı hazırlamaq ikiqat məsuliyyətdir. Peşəkarlıq həkim sənəti üçün xüsusilə vacib olan keyfiyyətdir. Peşəkarlıq isə öz işini dərindən bilib, böyük məhəbbətlə sevməkdən, həmişə yenilik axtarışında olmaqdan, biliyini zənginləşdirməkdən yaranır. Artıq neçə illərdir ki, bu yolda şərəflə addımlayan Nigar həkim ömrünün gecəsini-gündüzünü məhz insanların sağlamlığı, şəfa tapması yolunda həsr etmiş bir həkimdir. İşini çox sevir və öhdəsindən layiqincə gəlir Nigar həkim. Ona üz tutan insanlar isə həmişə bu əli şəfalı həkimdən  razılıqla ayrılır, ona hər zaman dua edir, can sağlığı arzulayırlar. Çünki bu həkim neçə-neçə insanların həyatına, ömrünə nur, şəfa bəxş etmişdir.   
Nigar həkim öz davranışı, təfəkkürü, dünyagörüşü ilə başqalarından fərqlənir,  özünə inam yaratmağı bacarır.  Onun xoş sözü, mehribanlığı, qayğıkeşliyi xəstələrin vəziyyətinə, bir qayda olaraq, müsbət təsir göstərir. Həkimə inam hissi olmadıqda xəstənin müalicəsi də bəzən səmərəsiz olur. Xəstələrini müayinə və müalicə edərkən bu prinsipi həmişə rəhbər tutan Nigar Elşad qızı hər kəsə xüsusi qayğı ilə yanaşır, onlarla səmimi söhbət edir. Elə ünsiyyət yaradır ki,  xəstələr özlərini sərbəst hiss edirlər və narahatlıqlarını onunla bölüşürlər. Nigar həkimin qayğısı, səmimiyyəti də bir müalicə vasitəsidir.
 
Axı, o, nə qədər ümidsiz, əlacsız insanlara, demək olar ki, onların həyatlarının son anında nicat, şəfa vermiş, təyin etdiyi diaqnozlar ilə yenidən həyata qaytara bilmişdir. Və o adamlar, onların əziz-doğmaları o böyük Yaradana hər zaman dua edirlər ki, dar məqamda nə yaxşı ki onlara Dr.Nigar xanım kimi  bir həkim rast salıb. Nigar həkim isə xəstələrin əksəriyyətinin tanımadığı, həkimlərin isə bir çoxunun adına və andına məhəl qoymadığı “hansısa” bir Hippokrata deyil, hamının, bütün dünyanın tanıdığı və səcdə etdiyi uca Tanrıya əsl müsəlman sadiqliyi ilə ona pənah gətirənləri öz yaxın adamı, Allahın bəndəsi kimi qəbul edərək, bütün istedadı, bacarığı, insansevər ürəyi, qayğıkeş qəlbi və səmimiyyəti ilə onların şəfa tapmasına çalışmışdır.
Redaksiyamıza ünvanlanan məktubların birində Nigar xanımın bacarıqlı həkim olmasından söz açılır, onun qayğıkeşliyi üçün minnətdar olduqlarını bildirirlər. "Analara isti körpə dünyası bağışlanılmasına səbəb olan həkim Nigar xanım. Bu qayğılı dünyamızda ailələrə sevinc, sevgi, körpə qığıltısı, körpə nəfəsi bəxş edilməsinə səbəb olan Nigar xanıma bütün anaların dilindən Allahdan sevinc, sevgi payı diləyirəm. Qoy həmişə sənəti, ailəsində xoşbəxt sevgisi, insanlarımızın ona bəslədiyi məhəbbəti ilə fəxr etsin. Qoy bu fəxr, bu qürur hissi daxilində və zahirində birləşən gözəlliyinə qovuşub, həmişə onu sevənləri salamlasın. 

Nigar Əliyeva. @ginekoloq_nigar_aliyeva 
Həkimlə əlaqə 051 996 76 86

                                                       Pasient məmnunluğu 

                      






Tarix: 22-01-2021, 21:35 Oxunub: 399


Bölməyə aid digər xəbərlər