23:30 / 08-11-2021
Təbrik edirik!
Dr.Xoşqədəm Turabova -İnsanların ayrılmaz dostu olan bu peşə sahibləri daim bəşərin keşiyində dayanmışlar.

Səhiyyə həqiqətən qiymətli bir sahədir. Hər bir sahədə olduğu kimi səhiyyədə də qazanılan nailiyyətlər müstəqil dövlətimizin daha güclü olmasına təkan verir. Cərrah- ginekoloq Xoşqədəm Turabova ömrünün ən maraqlı və mənalı həyat səhifələrini səhiyyənin tərəqqisinə həsr edibdir. Uzun müddət davam edən çoxillik və səmərəli həkimlik fəaliyyəti dövründə öz gərgin əməyi, zəngin bilik və təcrübəsi ilə minlərlə əlacsız xəstəyə şəfa vermiş, yüzlərlə xəstəni yenidən həyata qaytarmışdır. Yaşının bu çağında tükənməz enerji ilə işləyən Dr. Turabova demək olar ki, sutkanın neçə-neçə saatını cərrahiyyə əməliyyatlarında olur. Əməliyyatı isə sıradan olmur, xəstənin daxili orqanlarına o qədər ehtiyyatla, həssaslıqla və bir zərgər dəqiqliyi ilə yanaşır ki, Xoşqədəm həkim. Bir sözlə,o, misilsiz həkim, əlləri qızıla bərabər peşəkar cərrahdır.
Qəlbi Tanrı istəyilə nurlanan, 
Bir məlakə timsalıdı həkimlər! 
Açar qapısını naümid qalan. 
Neçə dərdin dərmanıdı həkimlər!
Çarpar bircə anda qəlbi yüz yerə, 
Görsə ki, əlacsız qalıbdı xəstə...
 Bəzən bir sözüylə bütöv bir ömrə,
 Olum, ölüm fərmanıdı həkimlər!
Gəlişiylə qəlbə ümid gətirən, 
Ağrıları pərən salar, itirən, 
İstəkləri bir-birinə yetirən, 
Şirin arzu karvanıdı həkimlər!
Acı dərman bala dönər əlində, 
Adi söz də çiçəkləyər dilində, 
Hörməti var Azərbaycan elində, 
Hər bir evin doğmasıdı həkimlər!

Ömrünü insanları xəstəliklərin əlindən alıb sağaltmaq, onları yenidən həyata qaytarıb yaşatmaq kimi xeyirxah bir işə həsr edən Xoşqədəm Turabovaya ömrünün müdriklik çağının zirvəsində qalmağı, insanlara sevinc və yaşamaq eşqi bağışlamaq kimi xeyirxah işini bundan sonra da eyni əzmkarlıqla davam etdirmək üçün daha uzun ömür arzulayırıq.


Tarix: 7-09-2021, 07:22 Oxunub: 102


Bölməyə aid digər xəbərlər