19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Bir çıxışın yaratdığı ajiotaj - VİDEO

Sosial şəbəkələrdə, bir-birinin ardınca yayımlanan, cəmiyyətin üst təbəqəsin təşkil edən məmurların, müdirlərin və digər rəhbər vəzifədə olanların, hansı gündə olduğunu ortaya qoyan, biabırçı video çarxlarının üzə çıxması həmişə bizi utandırıb. Belə kadrlar onların hansı savad yiyəsi olması ilə bərabər, mənəvi dayazlığını da ortaya qoyub.
Bu günlərdə, dərs ilinin başlanması ilə əlaqədar, Binəqədi rayonunun 217 saylı məktəbin direktoru Bənövşə Cəfərovanın,  şagird və valideynlər qarşısında çıxışı zamanı, bizə zəfər yaşadan şəhidlərmizin anım gününü, bayram kimi dəyərləndirməsi çox utancverici idi. Bu həm şəhidlərimizə, həm də qazilərimizə hörmətsizlik idi.
Bu məktəbin direktoru Bənövşə Cəfərova haqqında sosial şəbəkədə, dövrü mətbuatda yetərincə ifşa edici material gedib. Lakin əfsuslar olsun ki, onun haqqında tədbir görmək əvəzinə yerini möhkəmləndirən addımlar atılıb. İbtidai sinif müəlliməsi olan, təhsil göstəricisi aşağı olan bir direktorun tabe olduğu Təhsil Nazirliyinin fərqləndirici mükafatların aldığı dəfələrlə deyilib, danışılıb. Himayədarlarının hakimiyyət eşalonunda sözü keçən adamlar olduğundan, bu kimi hallar bir müddət danışılıb və unudulub. Nəticədə tədbir görülməməsindən bu kimi biabırçı, savadsızcasına çıxışlara yol açılıb.
Keçmiş spiker, indiki deputat Oqtay Əsədovun qudası, Samux rayon İcra Hakimiyyətinin başçısı olan Alı Qocayevin həyat yoldaşı olan məktəb direktoru, 1950-ci il təvəllüdlü Bənövşə Cəfərovanın 71 yaşı var.
Görünür, təhsil naziri Emin Əmrullayev icra başçısına hörmət əlaməti olaraq 71 yaşlı Bənövşə Cəfərovanı hələ də direktor postunda saxlayır.
Bir vaxtlar Təsil Nazirliyində aparat rəhbəri, nazir müavini vəzifəsinə qədər mühüm postlar tutmuş İlham Pirməmmədovun qohumu kimi ad çıxartmış məktəb direktoru, bu gün də aparıcı, hegemon direktorlardandı. Məktəbdə davamiyyət, dərs bölgüsü, təhsilin səviyyəsi elə direktorun çıxışının yaratdığı acı nəticə qədərdi.
İnanırıq ki, təhsil nazirliyi bu cür utancverici direktorlardan yaxasın qurtarıb, təhsilin imicin düşünəcək.
Xatırladaq ki, sosial şəbəkələrdə bu çıxışına görə məktəb direktoru tənqid edilib.



 


Tarix: 26-09-2021, 15:23 Oxunub: 109


Bölməyə aid digər xəbərlər