19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
“Azərbaycan öz göbəyini özü kəsdi” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT1 və TRT Haber telekanallarının ortaq yayımının qonağı olub.
 
Efirdən bir sıra maraqlı açıqlamalar verən dövlət başçısı Türkiyə - ABŞ münasibətləri, qondarma "erməni soyqırımı", həmçinin Qarabağ məsələsinə də toxunub.
 R.T.Ərdoğan qondarma "erməni soyqırımı"nı ABŞ-la Türkiyə arasında münasibətlərin soyumasında başlıca amil olaraq qiymətləndirib.
 
“Münasibətlərimizdəki gərginliyin səbəbi qondarma "erməni soyqırımı"dır. Artıq bezdik. Hər dəfə 24 aprel gəldikdə, ABŞ nə deyəcək? İmkan verin bu işi tarixçilər görsün, antropoloqlar çalışsın. Bütün bu çalışmalardan sonra biz siyasətçilər olaraq, üzərimizə düşənləri edək. Ortada heç nə yox ikən, bu məsələni gündəmə gətirirsiniz".
 
Ərdoğan Qarabağ probleminə də toxunub:
 
"İllər keçdi, Minsk qrupu Azərbaycan - Ermənistan problemini həll edə bilmədi. Minsk qrupu illərdir Qarabağ problemini həllə edə bilmədi. Sonda Azərbaycan öz göbəyini özü kəsdi”.


Tarix: 2-06-2021, 07:06 Oxunub: 91


Bölməyə aid digər xəbərlər