19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Mübariz Mənsimov azadlığa buraxılır - Prokurorluğun tələbi

Martın 5-də Palmali Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun azadlığa buraxılacağı gözlənilir.
QanunXəbər.com xəbər verir ki, İstanbul Baş Prokurorluğu azərbaycanlı iş adamının məhkəmə nəzarəti altında sərbəst buraxılmasını tələb edib.
Bildirilib ki, İstanbul prokurorluğu prosesi aparan 27-ci İstanbul Ağır Cəza Məhkəməsindən M.Mənsimovun Türkiyəni tərk etməmək şərti altında ev həbsinə buraxılmasını istəyib.
Qeyd edək ki, "Palmali" rəhbərinin məhkəməsi martın 5-ə təxirə salınmışdı.
M.Mənsimov 15 mart 2020-ci ildə FETÖ ilə işbirliyində ittiham olunaraq saxlanılıb və 17 martda barəsində həbs qərarı verilib. Sentyabrda onun həbs müddəti uzadılıb.


Tarix: 3-03-2021, 19:49 Oxunub: 164


Bölməyə aid digər xəbərlər