“GoldenPay” ASC-nin “Hesab Shop” layihəsinə Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusu verilib.
Marja xəbər verir ki, Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti “Hesab Shop” layihəsi - onlayn ticarət sahəsində kiçik, orta və böyük şirkətlər üçün internet üzərindən yeni satış kanalına imkan yaradan elektron ticarət platformasıdır. Azərbaycanın ilk və ən böyük onlayn ödəniş platforması hesab.az ölkə bazarında keyfiyyətli və peşəkar onlayn ticarət platformasını açır və böyük bazar payına sahib olmağı hədəfləyir.
Rezidentlər yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsi, texnoparkda fəaliyyətin həyata keçirilməsi, innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və elmi tədqiqatların aparılması məqsədilə istehsal sahəsi ilə təmin ediləcək. Həmçinin, texnologiya parklarının rezidentləri - texnologiya parklarının qeydiyyat şəhadətnaməsini alan və orada fəaliyyət göstərən sahibkarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanununda onlar üçün nəzərdə tutulan bir sıra güzəştlərdən yaralana biləcəklər. Belə ki, rezidentlər texnologiya parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə müvafiq fəaliyyətə görə mənfəət/gəlir, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azaddırlar.
Hesab Shop
Bölməyə aid digər xəbərlər