Gəncə şəhər polis idarəsinin keçmiş rəisi, general-mayor Rasim Musayev...
Vətəndaşlar ona polis rəisi kimi yox, bir arxa-dayaq kimi baxırdılar. Rasim Musayev faciəvi şəkildə dünyasını dəyişmişdi...Yaxınları mərhumun 3 mərasimində onun məzarı üstə gedəndə görürlər ki, yaşlı bir kişi onun məzarının ayaq tərəfində dizüstə duraraq ağlayır. Heç kim tanımır. Yaxınlaşıb kim olduğunu soruşanda məlum olur ki, bu kişi şəhid atasıdır. Niyə belə ağladığnı soruşanda kişi belə cavab verib: "Şəhid oğlumun məzar daşı köhnəlmişdi, bir neçə yerə müraciət etdim ki, dəyişsinlər. Amma kömək edən olmadı. Məsələdən təsadüfən Rasim müəllim xəbər tutub. Gecə ilə məni evdən polis bölməsinə apardılar. Rasim müəllim məni qapıda qarşılayaraq dedi ki, məni bağışla, xəbərim olmayıb. Gözümün içinə baxa bilmirdi. Qəbir daşını düzəltdirdi, özü də mənlə məzarlığa getdi. Oğlumun baş daşından öpdü, mənimsə əllərimdən... Sonra özü həmişə mənə zəng edirdi, maraqlanırdı. Bankdan pul götürdüyümü öyrənmişdi, adam göndərib kreditimi bağlamışdı, mənə zəng edib danladı ki, gəlib məndən alardın. Hər ay evimə pul göndərirdi". Ruhun şad olsun, böyük insan!
Bölməyə aid digər xəbərlər