19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Xalq Bankın yeni mobil tətbiqi istifadənizdə!

(®️) Xalq Bank müştərilərinə daha yaxın oldu! Bir müddət öncə istifadəyə verilmiş XalqOnline yeni internet bank sisteminin mobil tətbiqi istifadəyə verildi.
Bununla da Xalq Bank ölkədə fərdi və korporativ müştərilərə vahid platforma çərçivəsində xidmət göstərən ilk internet və mobil bank sistemini tamamlamış oldu. Mobil tətbiq Sizə istədiyiniz zaman Banka getmədən həm fərdi, həm korporativ hesablarınıza mobil telefonunuzdan idarə etmək – hesablarınıza onlayn nəzarət etmək və müxtəlif bank əməliyyatlarınızı icra etmək imkanı yaradır.
Geniş ayarlar və filtrlər vasitəsi ilə idarəedilən, olduqca çevik istifadəçi profili, “Dark mode” funksiyası ilənəfis və müasir dizaynda hazırlanmış XalqOnline tətbiqi istifadədə olduqca rahat və praktikdir. Bu gündən Bankın müştəriləri tətbiq vasitəsilə kommunal/rabitə ödənişlərini həyata keçirmək, ödəniş şablonları yaratmaqla kart və ölkədaxili, eləcə də xarici hesablara köçürmələr etmək, valyuta alqı-satqısı həyata keçirmək, hesablar, kredit və əmanətlər haqqında ətraflı məlumat və çıxarışlar əldə etmək, həmçinin əməliyyatların qrafik dinamikasını izləmək imkanına malikdirlər. İstifadəçilər ödənişlərini XalqOnline mobil tətbiqində yaradılan şablonlar vasitəsilə və avtomatik rejimdə dövri olaraq həyata keçirmək imkanı ilə yanaşı, daha güzəştli tariflər əldə edirlər. Tətbiqdə həmçinin Xalq Bankın yaxınlıqda olan filial və ATM-lərini tapmaq, valyuta məzənnələrini izləmək, valyuta kalkulyatorundan istifadə etmək də mümkündür.
Mobil tətbiq XalqOnline sisteminin ana internet platformasının bütün xüsusiyyətlərini – geniş funksional, yüksək sürət, çevik əməliyyatlar, əlverişli şərtlər, istifadədə rahat, sadə anlaşılan interfeys və digər üstünlükləri dəstəkləyir.
XalqOnline tətbiqini Android əməliyyat sistemi ilə işləyən cihazlara dərhal yükləyə bilərsiniz:https://bit.ly/39MSsuw. Tətbiqin İOS əməliyyat sistemli cihazlar üçün versiyası bir qədər sonra təqdim olunacaq.
Ətraflı məlumat üçün Bankın Məlumat Mərkəzinə 138 nömrəsi ilə və yaxudwww.xalqonline.az/www.xalqbank.azsaytlarına müraciət edin.



Tarix: 22-01-2021, 08:00 Oxunub: 51


Bölməyə aid digər xəbərlər