19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Türkiyə peyvəndlənməyə start verdi - İLK DOZA NAZİRƏ VURULDU

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Çindən alınan “Sinovac” vaksini ilə kütləvi peyvəndlənməyə start verilib.
“Sinovac” vaksininin ilk dozası səhiyyə naziri Fahrettin Kocaya vurulub. Nazirin ardınca Türkiyə Səhiyyə üzrə Elmi Komitəsinin üzvləri peyvənd olunublar.
“Sinovac” vaksini ilə ilk peyvəndləmə Ankara şəhər xəstəxanasında aparılıb.
Proses media qurumları tərəfindən canlı nümayiş edilib.
Qeyd edək ki, Türkiyəyə 3 milyon “Sinovac” vaksini gətirilib və laboratoriya sınağından keçirilib. “Sinovac” vaksinindən sifariş 50 milyon dozadır.


Tarix: 13-01-2021, 22:48 Oxunub: 93


Bölməyə aid digər xəbərlər