19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Mərkəzi Bank “qara bazar”a xəbərdarlıq etdi

Mərkəzi Bank ölkədə valyuta satışı üzrə “qara bazar”ın fəaliyyət göstərməsi ilə bağlı ictimaiyyətdə yayılan yalnış firkilərə cavab verib:
"Cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı qanunvericiliklə nəzərdə tutulmuş qaydada valyuta mübadiləsi fəaliyyəti üzrə lisenziyaya malik olan banklar və valyuta mübadiləsi məntəqələri üzərində nəzarəti həyata keçirir.
Müvafiq lisenziya olmadan valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qanunvericiliyin tələblərinə ziddirvə bu fəaliyyətin qarşısının alınması səlahiyyətli orqanlar tərəfindən təmin edilir".
Dünən Marja.az-ın yaydığı məlumata görə, Bakıda xarici valyutanın alqı-satqısı üzrə "qara bazar" açıq aşkar fəaliyyət göstərir. "Qara bazar" gündən - günə Dolları bahalaşdırır və artıq qiyməti 1.71 manatı da keçib.


Tarix: 26-12-2020, 12:06 Oxunub: 48


Bölməyə aid digər xəbərlər