19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
"Lotus Co" şirkəti Agentlikdən 2,2 milyon manatlıq sifariş aldı

“Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” Publik Hüquqi Şəxsi "Maşın və avadanlıqların satın alınması" üçün elan etdiyi tenderi yekunlaşdırıb.
QanunXəbər.com xəbər verir ki, qalib şirkət "Lotus Co" QSC-dir.
Agentlik qalib şirkət ilə məbləği 2 milyon 206 min 611 manat olan müqavilə imzalayıb.
Qeyd edək ki, bir neçə gün öncə Dövlət Məşğulluq Agentliyinin "İnzibati binada Azərbaycan Respublikasının dövlət bayrağının əks olunması işlərinin satın alınması" üçün elan etdiyi tenderdə də "Lotus Co" QSC qalib olmuşdur.
Ümumiyyətlə, "Lotus Co" QSC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "sevimli" şirkətidir.  Belə ki, "Lotus Co" şirkəti 2020-ci ildə Nazirliyin tabeliyində və yanında olan qurumların elan etdiyi tenderlərdə 7 dəfə qalib olub.


Tarix: 21-11-2020, 11:55 Oxunub: 72


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı