19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Sosial-psixoloq Aytac Zeynalova müharibənin sosial psixoloji təsirlərindən danışdı

Müharibə insanların həyatına təsir edən, onların həyatını dəyişən dəhşətli bir bəladır. Bu bəla insanların ölməsi, yaralanması, şikəst qalması, yaxınlarını, evini itirməsi və eyni zamanda qorxu, terror, dəhşət, əzab və göz yaşı deməkdir. Bütün bu səbəblərdən dolayı müharibə çox ciddi və geniş yayılmış psixoloji problemlərə gətirib çıxarır. Bu problemlər bir çox travmalar, travmadan sonrakı stress pozuqluqları, depressiv durumlardır.
Travma insanın özününkü saydığı və ya sahib olduğu hər şeyi hədəfə alan gözlənilməz, ani, şiddətli və qorxuducu təsirlərin ortaya çıxması vəziyyətidir. Müharibə də bu təsiri yaradan, travma faktorlarından biridir. Çünki müharibə zamanı insanın sahib olduqları açıq-aşkar bir şəkildə təhdid altında qalır. Ölüm, əsarət, təcavüz, işgəncə vs. bu təhdidlərdən bəziləridir.
Müharibə müddətində insanın yaşadığı qorxu, dəhşət, çarəsizlik hissləri müharibə bitdikdən sonra azalsa da, bəzən yenə davam edə bilir. Yəni travma faktoru ortadan qalxsa da, travmadan sonra yaranan ruhi pozuntular ortaya çıxa bilməkdədir. Bu pozuntular içərisində ən çox rast gəlinəni “Travmadan Sonrakı Stress Pozuqluğu” (TSSP) və depressiy
adır.

Sosial Psixoloq Aytac Zeynalova müharibənin insanın ruhi sağlamlığına ciddi təsir göstərdiyini bildirib. Qadınlar dava-dalaş, müharibə və bu kimi bütün mənfi situasiyalardan kişilərə nisbətən daha çox təsirlənirlər, bu da onların kişilərdən daha çox emosional olduqları ilə bağlıdır. Kişilər isə duyğularını daha yaxşı idarə edə bildikləri və hislərinə hakim kəsilməyi bacardıqları üçün müharibə şəraitində daha çox dayanıqlılıq göstərə bilirlər.

Müharibə şəraitində bundan psixoloji olaraq təsirlənən və emosiyalarını cilovlamağı bacarmayan şəxslərin psixoloji dəstək alması məqsədəuyğun hesab olunur.  Çünki ruhi sağlamlığın başlıca şərti pozitiv atmosferin yaradılması, yüksək əhval-ruhiyyənin təmin olunması hesab edilə bilər.

Qeyd etmək lazımdır ki, ədalət prinsipi insanların psixi sağlamlığında böyük rol oynayır. Biz işğala məruz qalan xalq olduğundan daha dayanıqlı, mübariz, qorxmazıq. Azərbaycan xalqı olaraq hər bir vətəndaş mənfur erməni vandallarına qarşı bir nəfər kimi savaşır. Müharibədə insan faktorunun əsas rol oynadığını nəzərə alsaq hazırki durumda Azərbaycan xalqının Cənab Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Şanlı ordumuzun zəfər çalmasında qeyd etdiyimiz məqamlar mühüm rol oynayır.


Tarix: 25-10-2020, 22:26 Oxunub: 199


Bölməyə aid digər xəbərlər