19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Bakı və Abşeronu toz-duman bürüdü - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən, bu gün günorta saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.
“Buna səbəb Bakı şəhəri və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir 23-25 m/s-dək güclənməsi və nəticədə istehsalat ərazilərində formalaşan tozun atmosferin yuxarı təbəqələrinə qalxmasıdır”.
V.Əliyevin sözlərinə görə meteoroloji şəraitlə əlaqədar yaxın iki gün ərzində havada tozun miqdarının normadan artıq olacağı proqnozlaşdırılır.

Bizimlə əlaqə saxlayın


Tarix: 29-07-2020, 16:38 Oxunub: 44


Bölməyə aid digər xəbərlər
22-07-2020, 19:41 Sabah yağış yağacaq
10-07-2020, 12:53 Sabah yağış yağacaq