23:30 / 08-11-2021
Təbrik edirik!
Dünyada koronavirusa yoluxanların sayı 16 milyonu ötdü

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların ümumi sayı 16 milyonu ötüb.
Bu ana olan statistikaya görə, yoluxanların ümumi sayı 16 074 384 nəfərdir. Onlardan 645 214 nəfər vəfat edib.
Koronavirusdan sağalanların dünya üzrə sayı isə 9 821 781-ə bərabərdir.
Yoluxanların ümumi sayına görə ilk yerdə ABŞ qərarlaşıb. Bu ölkədə 4 281 314 nəfər COVID-19 xəstəsi var. Sonrakı yerləri isə Braziliya və Hindistan paylaşırlar.
Azərbaycanda koronavirusa yoluxan şəxslərin ümumi sayı isə 29 633 nəfərdir.


Tarix: 25-07-2020, 21:55 Oxunub: 91


Bölməyə aid digər xəbərlər