19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Kişi sərxoş olub karantin qaydalarını pozdu, həbs edildi

Cəlilabadda sərxoş vəziyyətdə karantin qaydalarını pozan şəxs həbs edilib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun olaraq, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı Cəlilabad sakini Ramiz Məmmədovun şəhər ərazisində müvafiq icazə olmadan yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Sərxoş vəziyyətdə olan həmin şəxs polisin qanuni tələblərinə tabe olmadığı üçün saxlanılaraq, Cəlilabad Rayon Polis Şöbəsinə gətirilib.
Onun barəsində toplanmış materiallar Cəlilabad Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, 10 sutka inzibati qaydada həbs edilib.


Tarix: 25-07-2020, 16:44 Oxunub: 57


Bölməyə aid digər xəbərlər