23:30 / 08-11-2021
Təbrik edirik!
"5 oktyabr-Müəllimlər Günü” münasibətilə Qax rayon Baydarlı kənd tam orta məktəbində “Müəllim ömrü” adlı tədbir keçirildi.

"5 oktyabr-Müəllimlər Günü” münasibətilə Qax rayon Baydarlı kənd tam orta məktəbində “Müəllim ömrü” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Bədrəddin Əzizov açdı. O, təhsil sahəsində həyata keçirilən islahatlardan, dövlətin müəllimlərə göstərdiyi qayğıdan danışaraq, müəllim kollektivini peşə bayramı münasibəti ilə təbrik edib, onlara müəllim adının saflığını, yüksəkliyini qorumağı və təhsil sahəsində böyük nailiyyətlər əldə etməyi arzulayıb.Tədbirdə məktəbin ibtidai sinif şagirdləri müəllimə, anaya, Vətənə aid şeirlər söylədilər. Yuxarı sinif şagirdləri müxtəlif səhnəciklər,şeirlər,mahnılar hazırlamışdılar.Tədbirdə məktəbin müəllim kollektivi də iştirak etdi. Şagirdlər tədbiri maraqla izlədilər.

 Sonda Beynəlxalq Müəllimlər Gününə həsr edilən şagirdlərin əl işlərindən və rəsmlərindən ibarət sərgi nümayiş olunub. 




Tarix: 5-10-2021, 11:45 Oxunub: 472


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı