Son vaxtlar ölkədə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər nəticəsində sanitar vəziyyətin yaxşılaşması ilə əlaqədar Nazirlər Kabinetinin “Xüsusi Karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 22 yanvar 2021-ci il tarixli 12 nömrəli Qərarın 2.1 bəndinə uyğun olaraq məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prossesinin 2021-ci il fevralın 15-dən əyani formada təçkili ilə bağlı müvafiq qərar qəbul edilib.
5 №-li körpələr evi-uşaq bağçasnın fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkün olduğundan hazırlıq tədbirləri həyata keçirilir.
Bununla əlaqədar olaraq, bağçada təmizlik və dezinfeksiya işləri aparılır, işçilər “COVID-19” testlərindən keçirilib. 5 №li körpələr evi-uşaq bağçası tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dizenfeksiyaedici məhlullarla təmin edilib.
Həmçinin, burada uşaqların sağlamlığının qorunması, onların fiziki, intellektual, psixoloji inkişafı üçün hər cür şərait yaradılıb. Bütün bunlar da adıçəkilən təhsil-təlim ocağının müdiri Pərvanə Gülərovanın təşkilatçılıq bacarığı sayəsində mümkün olub. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ana, işində yorulmaz rəhbər, nümunəvi vəzifə sahibidir.
Onuda vurğulamaq yerinə düşərdi ki, 5 №li körpələr evi-uşaq bağçasına qədəm qoyan uşaqlar məktəbə tam hazırlıqlı olurlar.
Son illər müasir təlim metodları uşaq bağçalarının əsas iş prinsipidir. Və təlim-tədrisin prioritet sahə kimi diqqət çəkməsi son illər aparılan uğurlu siyasətin bariz təcəssümüdür.
Adıçəkilən müəssisədə məktəbəqədər təhsilin yeniləşdirilməsi, beşyaşlıların intellektual səviyyələrinin artırılması, onların məktəb təliminə hərtərəfli hazırlanması, milli-mənəvi dəyərlərimizin uşaqlarımıza aşılanması istiqamətində də xeyli iş görülüb, təlimin keyfiyyəti yüksəldilib, qabiliyyətli uşaqlarla fərdi iş aparılıb və pedaqoji kadrların peşəkarlıq səviyyəsi müasir dövrün tələblərinə uyğun inkişaf etdirilib.
Müəssisədə uşaqların təlim-tərbiyəsinin düzgün təşkili istiqamətində işlər davam etdirilir.
Onu da qeyd etmək lazımdır ki, bir çox bağçalar Pərvanə xanımın məsləhəti ilə işlərini qururlar. İcra Hakimiyyəti tərəfindən verilən tapşırıqları vaxtında və uğurla yerinə yetirilir.
Bağçanın dəyərli kollektivinə ,valideynlərə nümunəvi vətəndaş mövqeyi nümayiş etdirən Pərvanə xanıma, sabahımızın mübariz övladları olacaq fidan körpələrə xoşbəxtlik arzusu ilə...
Bölməyə aid digər xəbərlər