23:30 / 08-11-2021
Təbrik edirik!
Medikus klinikasının ginekoloqu Bülbül Kərimova- Respublikanın Ali dərəcəli həkimi

 Medikus klinikası  tibb elminin standartlarına cavab verən yeni texnologiyaların, peşəkar və dinamik personalın birləşdiyi bir tibb mərkəzidir. Klinikada ölkəmizdə və ölkə xaricində, dünyanın ən tanınmış tibbi təhsil müəssisələrində oxumuş və təcrübədən keçmiş mütəxəssisləri uğurlu çalışmaları ilə özlərini doğrultmağı bacarrmışlar. Klinikada Avropa standartlarına tam cavab verən avadanlıqlarla mütəxəssislərin təyin etdiyi dəqiq diaqnozların nəticəsi effektli müalicə imkanı verir.
Medikus klinikasında  fəaliyyət göstərən Respublikanın Ali dərəcəli  həkim-ginekoloqu Bülbül Kərimova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən həkimlərimizdəndir.
Redaksiyamıza daxil olan məktublar içərisində Dr. Kərimovaya edilən minnətdarlıqların sayı – hesabı yoxdur.
Bülbül həkimə daxil olan minnətdarlıqlar içərisində Bakı şəhər sakini Alıyevlər ailəsinin Esmira xanımın razılıq dolu müraciəti xüsusilə diqqəti cəlb edir:
Mənim etdiyim dualar Bülbül həkimin yoluna nur saçsın deyir Esmira xanım. Hər şeyə görə sağ olun. Kaş ki, imkanım ola bütün ana olmaq istəyən qızlarımıza səslənim.Heç düşünmədən hamınız Bülbül həkimi seçin. Sayənizdə hamiləlik stresindən, əməliyyat qorxusundan uzaq, şirin xatirələrlə dolu,9 ay keçirdim. Hər ay qəbulunuza gələndə sizi görən kimi olan narahatçılıqlarımı unutdum. İstənilən saatda nə vaxt yazsam, yığsam hər an hər sualımı cavablandırmağınızı , minimum dərmanla bir hamiləlik keçirməyimi unutmayacam. Siz tanıdığım ən gözəl, ən mehriban həkimsiniz. Sakit səsiniz insana hüzur verir, ən ağrılı vəziyyətdə belə hər şeyin gözəl olacağına inandırır.
Hörmətli redaksiya heyəti sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan Bülbül həkimə mənim və mənim kimi yüzlərlə insanların adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm. Biz də öz növbəmizdə Səhiyyə sahəsində əzmlə çalışan, həyat və fəaliyyətini xalqın sağlamlığına həsr edən həkimlər cərgəsində nüfuzu, bacarığı və uğurları ilə seçilən Dr.Bülbül Kərimovaya həyatda can sağlığı, işdə nailiyyətlərlə dolu nurlu sabahlar arzulayarıq.


Tarix: 29-10-2021, 09:10 Oxunub: 337


Bölməyə aid digər xəbərlər