23:30 / 08-11-2021
Təbrik edirik!
Dr. İlahə Hacıyeva iş fəaliyyətim müddətincə şəhid ailələrinə, qazi ailələrinə daim təmənnasız xidmət edəcəyəm

Tibb elmləri namizədi, Fəlsəfə elmləri doktoru İlahə Hacıyeva Azərbaycanın ən peşəkar savadlı mama-ginekoloqlarından biridir. İnsanlara sağlam həyat bəxş etməkdən böyük səadət yoxdur. İLLAHDA ki, həkimlik istedadına səmimilik, mənəvi zənginlik dəyərləri də qatılmış olsun. 
İlahə həkimi səciyyələndirən xüsusiyyətlər təkcə təcrübəli, peşəkar bir həkim olmaqla bitmir. Son dərəcə yüksək intellekt, ziyalılıq, hərtərəfli elmi biliklər, həmçinin gözəl qəlb, zəngin və təkrarolunmaz mənəviyyat, alicənablıq, xeyirxahlıq dəyərli bir insan, bir şəxsiyyət kimi onu formalaşdıran xüsusiyyətlərdir. O, xüsusiyyətlər ki, bu gün cəmiyyətimizə çox lazımdır, fəqət çox az insanlarda tapılır. Bu baxımdan İlahə həkim təkcə bir həkim kimi deyil, dəyərli, əsl insanlıq nümunəsi, yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olan bir şəxsiyyət kimi çox lazımdır. 
Məhz elə bunun nəticəsidir ki, QanunXəbər.com  xəbər portalına bəzən təşrif buyuran, bəzən də daxil olan məktublar içərisində Dr. İlahə Hacıyevaya edilən minnətdarlıqların sayı – hesabı yoxdu. Biz jurnalistlərin ümdə borcudur ki, redaksiyamıza daxil olan minnətdarlıqları oxucu kütləsinə çatdıraq. 
Hər şeyə görə sağ olun. Kaş ki, imkanım ola bütün ana olmaq istəyən qızlarımıza səslənim. Heç düşünmədən hamınız İlahə həkimi seçin. Sayənizdə hamiləlik stresindən, əməliyyat qorxusundan uzaq, şirin xatirələrlə dolu,9 ay keçirdim. Hər ay qəbulunuza gələndə sizi görən kimi olan narahatçılıqlarımı unutdum. İstənilən saatda nə vaxt yazsam, yığsam hər an hər sualımı cavablandırmağınızı , minimum dərmanla bir hamiləlik keçirməyimi unutmayacam. Siz tanıdığım ən gözəl, ən mehriban həkimsiniz. Sakit səsiniz insana hüzur verir, ən ağrılı vəziyyətdə belə hər şeyin gözəl olacağına inandırır.
Eyni zamanda KİV-rəhbəri olaraq müşahidə  apardığımız əksər tibb müəssisələrində ümid yerinə çevrilən bacarıqlı həkimlərin və səriştəli tibbi personalların gördükləri miqyası olduqca böyük ürəkaçan işlərə şahidlik edirik.
 44 günlük müharibənin arxa cəbhəsinin qəhrəmanlarından biri də Azərbaycan həkimləri oldu. Bəzi həkimlər cəbhə bölgəsində, bəziləri isə Bakıda ehtiyacı olan şəhid, qazi ailələrinə və özlərinə yardım etməyə çalışdılar. İlahə Hacıyeva ömrünün sonuna qədər səhid, qazi ailələrini təmənnasız müayinə və əməliyyat edəcəyini bildirdi.
Mən bugün rahat yaşayıramsa, evimdə rahat yata bilirəmsə, buna görə sizə borcluyam. İş fəaliyyətim müddətincə şəhid ailələrinə, qazi ailələrinə daim təmənnasız xidmət edəcəyəm. 


Tarix: 26-09-2021, 20:13 Oxunub: 117


Bölməyə aid digər xəbərlər