23:30 / 08-11-2021
Təbrik edirik!
Dr.Rauf Yusifli -Ağrısız, sağlam təbəssümün qarantı

Rauf Yusiflini  əli şəfalı, Qızıl Əllər sahibi olan həkim kimi tanıyırıq. Bakı şəhərində səviyyəli Səhiyyə müəssisəsi kimi tanınan
Dentalux* Stomatoloji Klinikasının həkim-stomatoloqu vəzifəsində uğurla çalışan Rauf Yusiflinin qəbuluna üz tutanların hər biri onun çox peşəkar, savadlı,diqqətli və məsuliyyətli həkim olduğundan ürəklə söz açır.  
Vətəndaşlara qayğı və diqqəti ilə seçilib fərqlənir. Onun müayinə və müalicə prosesində göstərdiyi zəhmət,hər kəsə fərdi münasibəti həmkarları və pasiyentləri tərəfindən də yüksək dəyərləndirilir.

Redaksiyamıza daxi olan məktubların birində Dr. Yusifli haqqında yazılmış xoş sözlər diqqətimi çəkdi. Məktubda onun xəstələrə göstərdiyi qayğıdan, mədəni davranışından, insanpərvərliyi və peşəkarlığından söhbət açılırdı.

Gülüş insanın bəzəyidir, hətta gözəl gülüş xanımlar üçün kosmetikanı əvəz edən vasitədir deyə bilərəm. Təbii ki, gözəl dişlər bu baxımdan əvəzsiz rol oynayır. Komplekssiz gülüş üçün düzgün formalı, bəyaz və baxımlı dişlər mənim üçün şərtdir. Söhbət dişlərə qulluqdan getdikdə bu mövzuda güvənib və dişlərimi etibar etdiyim stomotoloqum haqda sizə məlumat vermək istəyirəm. Rauf həkim dişlərimdə vinir proseduru həyata keçirib. Nəticə isə göz qabağındadır. Dr. Rauf Yusifli tam əminliklə hər kəsə tövsiyə etdiyim həkimdir. Onu da qeyd edim ki, Rauf həkim bir çox xarici stomotoloji form və tədbirlərdə iştirak edib və müxtəlif diş problemləri və stomotoloji estetika sahəsi üzrə professional biridir. Bir sözlə, könül rahatlığı ilə siz də faydala bilərsiniz.
 
Ünsiyyətdə olub, daxili aləminə nüfuz etdikcə isə, bəzən elə bir zənginliklərlə qarşılaşırsan ki....
Sadə, səmimi, mehriban. Geniş ürəyə, dərin elmi zəkaya malik xeyirxah insan, şəfalı əllər sahibi həkim. Onunla danışdıqca, baxışlarından süzülən şəffaf işıq seli, zəhmət dolu tale yollarına nur saçır. O işıq selinin izi ilə addımlamaq, istəyirsən...

Türklərinin qüdrətli yetirməsinə, xalqımızın hörmətli ziyalısına, istedadlı həkim-stomatoloqa Tanrının bəxş etdiyi tapıntısına Tanrı özü hər işində kömək olsun. Biz fəxr edirik ki, Vətənimizdə insanlara gözəl təbəssüm bəxş etmək naminə öz elmi-biliklərindən, təcrübə-və bacarığından qətityyətlə istifadə edərək, əzmlə çalışan nüfuz sahibi olan Rauf Yusifli kimi həkim-stomatoloqlarımız vardır.
İnsanlara daim sağlamlıq bəxş edən, bəm-bəyaz geyimli Rauf həkimə bizimdə arzularımız bitməz, tükənməzdir. Mənim olduqca müdrik, məğrur və polad iradəli həkimim Rauf Yusifliyə həyatda nəvəli-nəticəli xoşbəxt, bəm-bəyaz, hər zamankı kimi ləkəsiz həyat arzulayıram. Rauf həkim siz buna əməllərinizlə, yüksək mənəvi əxlaqi dəyərlərinizlə layiqsiniz.


Tarix: 10-09-2021, 08:04 Oxunub: 308


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı