23:30 / 08-11-2021
Təbrik edirik!
Müsahibim Azərbaycanın tanınmış kosmetoloqu Zülfiyyə Bağırovadır. Həkimlə aknelərin əmələ gəlmə səbəbləri və müalicəsi haqqında danıçacayıq

Müsahibim Azərbaycanın tanınmış kosmetoloqu Zülfiyyə Bağırovadır. Həkimlə aknelərin əmələ gəlmə səbəbləri və müalicəsi haqqında danıçacayıq.Həmin müsahibəni olduğu kimi oxucu kütləsinin diqqətinə çatdırırıq.
Akne tük follikullarının və onunla yanaşı yerləşən piy vəzilərinin iltihablaşmasıdır. Aknelər yayılmış dəri xəstəliyi olub, adətən piy vəzilərinin çox toplandığı nahiyyələrdə əmələ gəlir. İlk növbədə üz, sinə və kürək nahiyyələri zədələnir. Adətən aknelər cinsi yetişkənlik və gənclik dövründə əmələ gəlir. Lakin bəzi hallarda yaşlı şəxslərdə də aknelərlə rastlaşa bilirik. Dəridə mövcud olan mikrobların (Propionibacterium acnes, Staphylococcus epidermidis ve Pityrosporum ovale) ifraz etdiyi bəzi maddələrin də prosesə qoşulması nəticəsində iltihab yaranır. Aknelər dəri yağlılığının artması, dəridə qara nöqtələrin əmələ gəlməsi, qırmızı irinli səpgilırin yaranması, çapıqlar və ləkələr əmələ gəlməsi ilə müşayət olunur.

Aknenin əmələ gəlmə səbəbləri nədir?
 
Aknenin əmələ gəlmə səbəbləri çoxdur. Cinsi yetkinlik dövründə həm qız, həm də oğlan uşaqlarının orqanizmi xeyli miqdarda kişi cinsi hormonu hazırlamağa başlayır. Bu hormon piy vəzisini daha çox piy ifraz etməyə məcbur edir. Məhz bu piyin içərisində bakteriyalar inkişaf etməyə başlayır; çünki piy onlar üçün qidalı mühitdir. Adətən, yeniyetmələrdə olan bu sızanaqlar cinsi inkişaf dövrü başa çatanadək (20-25 yaşadək) keçib gedir.
Hormonal problemlər yuxarı yaşlarda olan insanlarda da baş verdiyi hallarda, onların da dərisində sızanaqlar əmələ gələ bilər. Məsələn, qadınların dərisində sızanaqların əmələ gəlməsi səbəbi əksər hallarda hormonal tarazlığın pozulması olur. Qadın xəstəliyini müalicə etdikdən sonra onun dərisindəki sızanaqlar da keçib gedir.
Orqanizmdə hormonal tarazlığın pozulmasından savayı, dəridə sızanaqların əmələ gəlməsinin bir çox digər səbəbləri də ola bilər: dəriyə düzgün və kifayət qədər qulluq edilməməsi, mikroblar tərəfindən törədilən iltihabi proseslər, daxili orqanların bəzi xəstəlikləri, streslər və s. səbəblərdən immunitetin zəifləməsi, qeyri-düzgün qidalanma (yağlı və şirin qidalardan artıq dərəcədə qəbul edilməsi və s.), dekorativ kosmetik vasitələrin bəzi növləri (bu barədə aşağıda oxuya bilərsiniz) və digərləri.
İrsiyyət də sızanaqların əmələ gəlməsinin səbəblərindən biridir. Sızanaqlar, adətən, dərisi yağlı olan insanlarda daha çox təsadüf edilir. Bu əlamət isə, adətən, irsi şəkildə verilir.
Bəzi dərman preparatlarının (antibiotiklər, hormonlar, steroidlər) qəbul edilməsi də sızanaqların əmələ gəlməsinə təkan verə bilər.
Sızanaqların əmələ gəlməsi və daha çox yayılmasına səbəb olan səhvlərdən biri irinləmiş sızanaqların əllə sıxılmasıdır. Təəssüf doğuran odur ki, bunu nəinki insanların özləri, bir çox hallarda hətta bəzi “kosmetoloqlar” da edirlər. Sızanaqların əllə sıxılması zamanı infeksiya iltihablaşmış piy vəzisi yolundan iltihablaşmamış piy vəziləri yollarına keçərək onları da iltihablaşdırır.
Heç bir halda, xüsusən də isti yay günlərində, çoxlu miqdarda dekorativ kosmetika vasitələri işlətməklə (tonal krem, krem-pudra) sızanaqları “gizlətməyə” də çalışmayın! Bu zaman tonal krem, pudra, toz və tərin bir-birinə qarışması nəticəsində dəridəki məsamələr daha artıq dərəcədə qapanmış olurlar. Bunun nəticəsi olaraq dəridə olan sızanaq və kamedonların sayı da artır.
Əgər sizin dəriniz sızanaqların əmələ gəlməsinə meyllidirsə, yağ əsaslı kosmetik vasitələrdən imtina edərək, su əsaslı kosmetik vasitələrdən istifadə edin. Ümumiyyətlə isə, əgər siz dərinizin sağlam olmasını istəyirsinizsə, dekorativ kosmetik vasitələrdən, xüsusilə tonal kremlərdən, sıx pudralardan yalnız istisna hallarda istifadə etməyə çalışın.
Sızanaqlardan yaxa qurtarmaq üçün qadınlar çox zaman üzlərini daha tez-tez sabunla yumağa, dərilərini tərkibində spirt olan tinkturalarla (bitkinin spirtdə olan məhlulu), turşularla və s. bu kimi vasitələrlə silməyə çalışırlar. Əslində isə bu, düzgün fikir deyil. Bu yolla sızanaqlardan qurtulmaq mümkün olmayacaq. Axı sızanaqlar piy vəziləri tərəfindən piyin artıq dərəcədə ifraz olunmasından baş verir. Bu piyin funksiyası isə dərini nəmləndirmək və onu qorumaqdan ibarətdir. Tez-tez yuyunma və dərinin spirt və turşular vasitəsi ilə qurudulması, dəri üzərindəki piy qatını xaric edərək, piy vəzilərini hər dəfə daha çox işləməyə vadar edir. Bütün bunların nəticəsində isə dəridə olan sızanaqlar azalmır, əksinə, onların sayı daha da artır. Buna görə də dərini yaxşı vəziyyətdə saxlamaq üçün yağlı dərisi olanlar gündə 2 dəfə yalnız yağlı dərilər üçün nəzərdə tutulmuş xüsusi yuyucu vasitələrlə üzlərini yuya bilərlər. Üz yuyulan suya bir qədər alma sirkəsi və ya limon şirəsi də qatmaq olar. Bu zaman ehtiyatlı olmaq lazımdır. Dərini qurutmamaq üçün məhlul çox zəif olmalıdır.
Əgər sizin dərinizdə sızanaqlar varsa, uzun müddət ərzində günəş şüaları altında qalmayın və solyariya getməkdən imtina edin. Günəş şüaları dərini qurudur, piy vəzilərini daha güclü şəkildə işləməyə məcbur edir. Az miqdarda olan günəş şüaları isə bunun əksinə olaraq, dərisində akne olanlara müsbət təsir göstərir, sızanaqların müalicəsinə kömək edir.


Aknenin müalicəsi necə həyata keçirilir?


Yüngül aknelər zamanı sadəcə təmizləyici məhsullar ve kremler kifayət edərkən, orta-ağır dərəcəli aknelər zamanı dərman istifadəsinə ehtiyac var. 
Akenin müalicə zamanı : Komedolitiklər (azelaitlər, retinoidlər,benzıl peroksid, salisilil turşusu, ve s.) Antibiyotiklər (tetrasiklin, klindamisin, azitromisin, sulfanilamidlər və ya bunların kombinasiyaları. Bu dərmanlar həkim kosmetoloq və dermatoloq nəzarətində istifadə olunmalıdır.
Fotona lazer sterilizasiya proseduru ilə aknelərin müalicəsi.
Bu müalicə üsulu aknelərlə mübarizədə güclü kosmetoloji və müalicəvi effekt alınması üçun tətbiq olunan yeni lazer texnologiyasıdır. 
Göstərişlər: aknelər, irinli səpgilər,aknelərdən sonra qalan capıq izləri, yaglı, məsaməli dəri, ləkələr.
FOTONA lazer texnologiyası bu problemi həll edən yeganə güclü vasitədir.
Güclü effekt hətda 1ci proseduradan sonra da görünür. Aknelerin lazerlə müalicəsi istənilən akne formasında effektivdir. Fotona texnologiya təkcə aktiv forma aknelerin müalicəsində deyil, həmçinin  aknelerin əmələ gəlməsinin profilaktikası və aknelərdən yaranmış capıqların müalicəsində geniş tətbiq olunur.  Bu zaman dəri zədələnmir. Aknelərdən sonra yaranmış çapıqlar hamarlanır, onlar yumşalır və elastikləşir, gözə görünməz olurlar.
Prosedur dərinin yaglılıgını maksimum dərəcədə azaldır və mədaçələrin yıgılmasına səbəb olur. Bu kosmetologiyada yenilik və çox böyük uğurdur. Prosedur zamanı  lazer şüası dəriyə keçir, xəstəlik əmələ gətirən bakteriyaları məhv edir . Proses agrısızdır. Proseduradan sonra iltihab və qızartılar yox olmaga başlayır. Prosedur bütün fəsillərdə aparıla bilər. Müalicə həftədə 1-3 dəfə aparılır. Prosedur 15 dəq davam edir. Prosedurdan sonra qızartı və digər əlamətlər olmur, həkimin göstərişi ilə makiyaj istfadəsinə icazə verilir.
Prosedur pasientlıri işdən və digər aktiv həyatdan məhtud etmir.
Lazer şüası (Nd: YAG) bu xəstəliyi törədən Propionibacterium, Stafilacoccus epidermidis və s. mikroorqanizmləri  örtən qılafı, əridərək onları məhv edir və yaratdığı iltihabı, qızartını aradan götürür. Piy vəzilərinin sekresiyası azalır, piy vəzi axarlarının dəri səthindəki məsamələri daralır. Dəridə maddələr mübadiləsi bərpa olunur,  və ölmüş epidermis  hüceyrələrdən ibarət kirəcləşmiş  buynuz təbəqə təmizlənir. Nəticədə yeni, parlaq, səpkilərsiz, iltahabsız dəriyə malik olursuz. 
Müalicə kursu 10 seansdan ibarətdir. 

Zülfiyyə xanım, müsahibə üçün çox sağ olun.
Buyurun, həmişə sağlam qalın



Tarix: 30-08-2021, 09:28 Oxunub: 80


Bölməyə aid digər xəbərlər