19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Dr. Arzu Akbulutla müsahibə

Haqqında mətbuatda çox yazılıb və yəqin ki, ölkəmizdə onu tanımayan az adam olar. Buna görə də, uzun-uzadı təqdimata ehtiyac görmürük. Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi həkim-kosmetoloq desək, kifayət olar yəqin ki. Azərbaycanımızın tanınmış həkim – kosmetoloqu istedadlı olduğu qədər də sadə insan olan Dr. Arzu Akbulut müsahibə zamanı  Üzün "dartılması" (Tredliftinq) prosedu haqqında oxucularımızı məlumatlandırdı. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırırıq.

Arzu xanım Üzün "dartılması" (Tredliftinq) nədir?
Cavanlaşdırmanın ən effektli üsullarından biri mezosaplardır. Mezosapların dəri toxumalarının altına daxil edilməsi tredliftinq adlanır. (ingliscə thread - sap deməkdir). Bu texnologiya tikişsiz estetik əməliyyatlara aiddir. Tredliftinq Cənubi Koreyada yaranmış və 2011-ci ildən etibarən bütün dünyada məhşurlaşmışdır.   Prosedurun əsas mexanizmi xüsusi nazik iynələr vasitəsi ilə dəri toxumalarının altına mezopsapların daxil edilməsi nəticəsində "karkas strukturunun" yaranmasından ibarətdir.  Qeyri-adi ərintidən hazırlanmış ən nazik xüsusi iynələr müxtəlif istiqamətlərə əyilmək qabiliyyətinə malikdir. Nəticədə üzün yaxud bədənin, elə bil ki  3D-modelləşməsinə bənzər konturları əmələ gəlir.  Buna görə də prosedurun digər adı - 3d-tredliftinq ya da 3d-mezosaplardır.
Sapla liftinqdə hansı saplardan istifadə olunur?
Üzün dartılması üçün istifadə edilən saplar arasında sovrulan və sovrulmayanlar var. Sovrulan saplar süd turşusu və polivinildən hazırlanır. Sintetik tikiş materialıdır: "Sovrulduqdan sonra yerində əmələ gələn kollagen lifləri həmin bu sapın yolu ilə getdiyinə görə sanki süni saplar yerini təbii saplara verir. Həmin karkas və liftinq effekti saxlanılır. Sapların uzunluğu 50-60 sm-dir. Bu saplarla düzgün texnologiya ilə işləyərək üzün cərrahiyyəsiz liftinqini əldə etmək olar. Saplar dayaq nöqtələri ətrafında işlənilir".

 Prosedur necə həyata keçirilir?
Üzün saplarla dartılması proseduru tam ağrısızdır və mütləq steril şəraitdə aparılmalıdır. Sapın qoyulma müddəti sayından asılı olaraq (2-4-6 sap kifayət edə bilər) 40 dəqiqədən 2 saata qədər davam edə bilər: "Sapı üzün istənilən hissəsinə qoymaq olar. Alın nahiyəsinə qaş qaldırmaq üçün qoyulur, əsas istifadə olunma nahiyyələri yanaqlardır, yanaqları kiçikcik böyütmək üçündür və üzün aşağı 3/1 hissəsidir. Çünki sallaqqlıq əsas üzün 3/1 hissəsində özünü göstərir. Saplar ikinci buxağı aradan götürmək üçün boğaza da qoyulur. Prosedurun effekti 2 aya görünür. Çünki kollagen lifləri sintez olunmalıdır, prosedur zamanı əmələ gələn ödem aradan qalxmalıdır. Çünki saplarla üzün dartılması cərrahi əməliyyat olmasa da, ona yaxın bir prosedurdur və təbii olaraq reabilitasiya dövrü tələb edir".

Tredliftinq prosedurunun üstünlükləri hansılardır?
•   Prosedur təxminən 30 dəqiqə davam edir və effekti qısa müddətə görünür.
•   Prosedur ağrısızdır və reabilitasiya dövrü tələb etmir
•   Mezosaplar yeridilən nahiyyədə qan dövranının atması nəticəsində dərinin görünüşü yaxşılaşır
•   Prosedurda istifadə olunan saplar dəri toxmalarına tam uyğun gəlir və heç bir allergik reaksiya törətmir
•   Tredliftinq proseduru – kontur plastikası,pilinqlər,botulinoterapiya,mezoterapiya,plazmoliftinq kimi prosedurlar ilə birləşdirə bilərsiniz.

Sapla liftinq üçün göstərişlər hannsılardır?

-Yumşaq toxumaların sallanması
-Dərinin sallanması
-Ağız bucağındakı qatlar
-İkincili çənə altı
-Qaş uclarının düşməsi
-Üz ovalının dartılması
-Çapıqlar
-Qarnın, budun və qolların içəri səthinin dərisinin sallanması

Arzu xanım hansı hallarda Sapla liftinq prosedurunu etmək olmaz?

-Onkologiya
-Autoimmun xəstəliklər
-Qan laxtalanmasının pozulması
-Orqanizmdə infeksiya
-Xroniki xəstəliklərin kəskin dövrü
-Keloid çapıqların əmələ gəlməsinə meyillik
-Hamiləlik və laktasiya dövrü 

-Prosedur 60 dəqiqə davam edir. Prosedurdan sonra şişkinlik,hematoma, dəri yığıntıları ola bilər. Bu əlamətlər müalicəsiz öz-özünə keçib gedir.İlk --sutkalar qəfil mimik hərəkətləri azaltmalı, ilk həftələr isə idmanla məşğul olmaq,saunaya getmək, hovuzda üzmək olmaz.

Həkim, müsahibə üçün çox sağ olun.
Buyurun, həmişə gözəlliyinizin qeydinə qalın.


Tarix: 1-02-2021, 06:31 Oxunub: 235


Bölməyə aid digər xəbərlər