Müsahibim Azərbaycanın peşəkar kosmetoloqu Dr. İradə Qiyasovadır.
Həkimlə Saç mezoterapiyası, mezoterapiyanın tətbiqi və faydaları haqqında danışacayıq. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq.
İradə xanım zəhmət olmasa Mezoterapiya haqqında oxucularımızı məlulmatlandıradız?
Mezoterapiya turşu, ferment, vitamin, mineral, homeopatik dərmanlar və digər terapevtik elementlərin mikro iynə üsulu ilə dərinin orta təbəqəsinə yeridilməsi prosesidir. Mezoterapiya iynələrlə hüceyrələrə xəbərdarlıq göndərilməsi və o bölgədəki toxumaların yenidən normal funksiyalarına qovuşmasına imkan yaradan bir müdaxilədir. Latınca "orta" "müalicə" sözlərinin əmələ gəlib və "orta dəri müalicəsi" mənasını verir. 1952-ci ildə həkim Mişel Pistorun sınaqdan çıxartdığı və sonradan inkişaf etdirilərək 1987-ci ildə Fransız Tibb Akademiyasında tibbi müalicə üsulu kimi qəbul edilən bu üsul artıq bütün dünyaya yayılıb.
Saç tökülməsinin səbəbləri hansılardır?
Qadın və kişilərdə saç tökülmələri fərqli şəkildə ola bilir. Kişilərdə saç tökülməsi alın ya da üst hissədə açılma və saç cizgilərinin geriyə çəkilməsi şəklində olur. Bu tökülmə genetik və hormonal problemlərin təsirindən yaranır. Qadınlarda isə bütün saçlı nahiyələrdə bərabər miqdarda saçlarda azalma olur. Bu saç tökülməsinin, xüsusilə, mövsüm aylarında tamamilə fizioloji ola bildiyi kimi dəmir, sink kimmi vitamin, mineralların azalması ilə bağlı ola bilməkdədir. Ağır bir əməliyyat və pəhriz sonrası ya da tiroit hormon pozulmaları səbəbi ilə görülməkdədir. Doğum sonrası və ya sadəcə streslə bağlı olaraq da bu tip saç tökülməsi yarana bilir.
İradə xanım Saç mezoterapisyasının faydaları haqqında nə deyə bilərsiniz?
-Mezo iynələr saç tökülmə problemini kökündən həll edən və qan dövranını bərpa edən estetik müdaxilədir.
-Mezoterapiyadan sonra nazik saç telləri qalınlaşır.
-Saç muzoterapiyasından sonra saç kökləri möhkəmlənir, sürətlə uzanır, tökülmə azalır. Xülasə, saç mezoterapiyası vasitəsilə saç tökülməsi nəzarət altına alınır, tökülməni dayandırır, incə telləri qalınlaşdırır, seyrəkləşmiş hissələr yeni gur və sağlam tüklərlə bərpa edilir.
Saç mezoterapiyası hansı hallarda və necə tətbiq edilir?
Saç mezoterapiyası bir çox insanlara kömək edib. Əsasən saç üçün mezoterapiya vasitəsindən kişilər istifadə edir. Bu zaman saç ətrafında olan dərinin qan dövranı yaxşılaşdırılır və saçların bitməsini stimullaşdırılır: “Mezoterapiya kokteylləri baş dərisini lazımi elementlərlə qidalandırır, saç follikullarını bərpa edir və yeni saçların çıxmasında kömək edir. Adətən tam saçsız - daz insanlar mezoterapiyanın 1-ci kursundan sonra saçların tez bir zamanda bitməsini vurğulayırlar. Vitaminli və bitkili ekstraktlarla bol olan kokteyllər saçları diffuziya nəticəsində tökülən, quru və saçqıranlarla bol saçları olan, başın dərisi seboreya xəstəliyinə tutulan pasientlərə müvəffəqiyyətli nəticələr verir. Bu kokteyllərin tərkibində olan kimyəvi elementlər, məsələn, sink və selenium dərinin bərpa prosesində mühüm rol oynayır. Kobalt və maqnezium saçların tez ağarmasının qarşısını alır. Mis antioksidant təsirinə malikdir, gümüş isə dərinin mübadilə fəaliyyətində iştirak edir”.
Tərkibində vitamin - mineral, oligo – elementlər və dərman qarışığı olan mezoterapiya saç dərisinə yeridilərək tətbiq edilir. Yeridilərkən diametrləri 2 və 4 mm arasında dəyişən iynə uclarından istifadə edilir. Tibbi bir müalicə üsulu olan və peşəkar həkimlər tərəfindən klinikalarda həyata keçirilən saç mezoterapiyası sayəsində yeridilən dərman vasitəsi saç dərisindəki hüceyrənin canlanmasına səbəb olur. Saç tökülməsi yaşayan hər kəsdə (qadınlar və kişilər) rahatlıqla tətbiq edilə bilən mezoterapiyanın neçə seans tətbiq ediləcəyi xəstənin saç tökülməsinə və saç quruluşuna görə dəyişir. Bununla yanaşı, mezoterapiya lokal və bölgəsəl olaraq da tətbiq edilir və dəri altına hissə-hissə yeridilir.
Mezoterapiyadan sonra nələrə diqqət etmək lazımdır?
-Mezoterapiyadan sonra xəstənin qısa bir müddət saçlarını yumaması və nəmləndirməməsi
-Hər-hansı bir dərman vasitəsi sürtməməsi;
-Evdə istifadə olunan saç baxımı məhsularına bir müddət fasilə verilməsi məsləhətlidir.
Bölməyə aid digər xəbərlər