23:30 / 08-11-2021
Təbrik edirik!
Avropa Liqasının püşkü atıldı: Türkiyə klubu “Mançester Yunayted”lə qarşılaşa bilər

Avropa Liqasının 2019/20-ci illər mövsümünün Almaniyada təşkil olunacaq final mərhələsinin püşkatma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, 1/4 və 1/2 final mərhələlərinin, həmçinin, final matçının püşkü atılıb.
Koronavirus pandemiyası üzündən Avropa Liqasının 1/8 final mərhələsi martda yarımçıq dayandırıldığından, püşkatmada səkkiz cüt iştirak edib
1/4 final
1. “Volfsburq” (Almaniya) – “Şaxtyor” (Ukrayna) cütünün qalibi / “Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) cütünün qalibi
2. LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) cütünün qalibi / “Başakşəhər” (Türkiyə) – “Kopenhagen” (Danimarka) cütünün qalibi
3. “İnter” (İtaliya) – “Xetafe” (İspaniya) cütünün qalibi / “Reyncers” (Şotlandiya) – “Bayer” (Almaniya) cütünün qalibi
4. “Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə) cütünün qalibi / “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) cütünün qalibi
1/2 final
5. 4-cü cütün qalibi – 2-ci cütün qalibi
6. 3-cü cütün qalibi – 1-ci cütün qalibi
Final
5-ci cütün qalibi - 6-cı cütün qalibi
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları avqustun 5-6-da olacaq. Almaniyanın Köln, Duysburq, Düsseldorf və Qelzenkirxen şəhərlərində baş tutacaq 1/4 final oyunları isə avqustun 10-11-də, 1/2 final 16-17-də, final 21-də keçiriləcək.


Tarix: 10-07-2020, 16:01 Oxunub: 121


Bölməyə aid digər xəbərlər