Şəki şəhər 8 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin əməkdaşı Vüqar Kərimov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Vüqar Kərimovun rayonda gördüyü xeyriyyə işləri, əməlləri ilə bir çox idarə və təşkilat rəhbərlərinə əsl insanlıq nümunəsidir. Sadəliyi və insani hərəkətləri ilə heç vaxt öz təvazökar davranışlarında qüsura yol verməmişdir. Xidməti vəzifələrinin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmişdir. Fəaliyyətini səmərəli, ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmuşdur. Dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malikdir, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləyir, vətəndaşlarla ünsiyyətdə olduqca diqqətli və nəzakətlidir.
Şəki şəhərinin, bir çox rayonların sakinlərinin sevimlisi və hörmətlə adı çəkilən bir şəxsi kimi mən də istədim ki, bu məqaləni sözügedən alicənab və sadə insana həsr edəm. Vüqar müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Ona etibar edilən bütün postlarda Vüqar Kərimov özünü doğruldub.
Bizdə hörmətli Şəki şəhər 8 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin əməkdaşı Vüqar Kərimova dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Bölməyə aid digər xəbərlər