23:30 / 08-11-2021
Təbrik edirik!
Zərifə Məmmədova-ömrünü uşaq və gənclərin tərbiyəsinə həsr etmiş bacarıqlı təhsil işçisi

Uşaq və yeniyetmələrin, gənclərin asudə vaxtlarının səmərəli təşkili, istedadların vaxtında üzə çıxarılması, onların peşəyönümlü ixtisaslara yiyələnməsi, zərərli vərdişlərdən qorunaraq sağlam həyat tərzində yaşamasında Uşaq Yaradıcılıq mərkəzlərinin rolu böyükdür. Ölkəmizdə öz işi ilə seçilən, qabaqcıllığı ilə ad çıxaran, uğurları ilə haqlı olaraq öyünən belə təhsil ocaqlarından biri də Beyləqan rayonunda fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzidir. Bölgənin ən böyük təhsil ocaqlarından biri olan Mərkəzə təcrübəli pedaqoq, ömrünü uşaq və gənclərin tərbiyəsinə həsr etmiş bacarıqlı təhsil işçisi Z.Məmmədova rəhbərlik edir.
İşlədiyi bütün dövrlərdə təhsil ocağını öz evi, şagirdləri isə öz övladları hesab edən Məmmədova həyatının bir anını belə gözlərinin ziyasını bəxş etdiyi yeniyetmələrdən ayrı təsəvvür edə bilmir.
Məhz bu canyanğısı ilə işə yanaşıldığındandır ki, kollektivin uğurları ilbəil artır, müvəffəqiyyətlər bir-birini əvəzləyir.
Zərifə xanım Məmmədova Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Beyləqan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin vəzifəsini vicdanla yerinə yetirən Zərifə xanım təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Zərifə müəllimə bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
Ona etibar edilən bütün postlarda Zərifə xanım özünü doğruldub. Bizdə hörmətli Zərifə xanıma dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni – yeni uğurlar diləyirik.


Tarix: 4-07-2021, 22:39 Oxunub: 131


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı