19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Azərbaycan və Türkiyə poçtları arasında müqavilələr imzalandı - MALLARIN ÇATDIRILMASI...

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC, Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatı (PTT) və “Aktif Bank” arasında müqavilələr imzalanıb.
Nazirlikdən verilən məlumata görə, sənədlər ödəniş ötürmə sistemi üzrə, eləcə də “Azərpoçt” və PTT arasında mal tərkibli beynəlxalq poçt göndərişlərinin qarşılıqlı mübadiləsini nəzərdə tutur.
Qeyd edək ki, qurumlar arasında poçt və maliyyə sahəsində imzalanan müqavilələr qarşılıqlı əməkdaşlıq sahəsində yeni imkanlar yaradacaq.
“Ödəniş transferi sistemi üzrə əməkdaşlıq” müqaviləsinə əsasən, iki poçt operatoru müştərək xidmətlərdə əhaliyə daha sərfəli tariflərlə xidmət göstərəcək. Müqavilə çərçivəsində “Azərpoçt” və PTT, “Aktif Bank” tərəfindən təqdim olunan “Ödəniş ötürmə sistemi”ndən istifadə etmək barədə razılığa gəlib. “Aktif Bank” tərəflərə “Ödəniş ötürmə sistemi” şəbəkəsinə qoşulmaq və ödəniş tapşırıqlarını vermək üçün xidmətindən istifadə etmək imkanı yaradıb. Layihənin müsbət tərəflərindən biri odur ki, vətəndaşlar “Azərpoçt” və PTT-nin istənilən poçt məntəqəsində daha aşağı tariflərlə xidmətdən istifadə edə biləcəklər.
Mal tərkibli beynəlxalq poçt göndərişlərinin qarşılıqlı mübadiləsi haqqında əməkdaşlıq müqaviləsinə əsasən isə elektron ticarət mallarının bazara uyğun qiymətlərlə çatdırılması nəzərdə tutulur. Müqavilənin reallaşdırılması iki ölkə arasında mübadilə olunan poçt həcminin daha da artmasına imkan verir.


Tarix: 14-01-2021, 17:45 Oxunub: 122


Bölməyə aid digər xəbərlər