Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, taktiki təlimlərə motoatıcı və tank bölmələri ilə yanaşı hərtərəfli təminatın təşkili üzrə digər bölmələr də cəlb edilib.
Təlimə cəlb edilmiş bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb.
Tabor, divizion döyüş atışlı və atışsız təlimlərində əsas diqqət bölmələrin səhra vərdişlərinin yüksəldilməsinə, müasir ümumqoşun döyüşünün hazırlanıb aparılmasına və təlimdə iştirak edən digər qoşun növlərinin bölmələri ilə qarşılıqlı əlaqənin yaradılmasına yönəldilib.
Döyüş atışlı taktiki təlimlərdə bütün silah növlərinin, eləcə də tank və piyadanın döyüş maşınlarının atəşi ilə hədəflər məhv edilib.
Təlimlərdə döyüş şəraitinə maksimum yaxınlaşdırılmış vəziyyətdə bölmələrin döyüş uzlaşması aparılır.
Təlimə cəlb edilən şəxsi heyətin arxa təminatının təşkili məqsədi ilə tabor və divizionların maddi-texniki təminat məntəqələrinə vasitələrin çatdırılması təminedici birləşmə və hissələrin bölmələri tərəfindən icra edilib.
Bölməyə aid digər xəbərlər